Dəfn pulu almaq üçün işləmək şərtdirmi?
21 Avqust 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
534
01.07.2026, 17:34
Ailə münasibətləri ilə bağlı hüquqi mübahisələr arasında atalığın müəyyən edilməsi və ya ləğv olunması məsələləri xüsusi yer tutur. Bəzən illərlə öz övladı hesab etdiyi uşağın əslində bioloji olaraq ona məxsus olmadığını öyrənən şəxslər hansı hüquqi addımları atmalı olduqlarını bilmirlər.
Vəkil Xəyalə Cəfərova Oxu24.com-a açıqlamasında bildirib ki, uşağın anası sonradan övladın bioloji atasının başqa şəxs olduğunu etiraf edərsə, həmin vəziyyət qanunvericiliyə uyğun qaydada həll edilə bilər.Hüquqşünasın sözlərinə görə, ilk növbədə tərəflər arasında razılığın olub-olmaması müəyyən edilməlidir.
“Əgər ana uşağın bioloji atasının başqa şəxs olduğunu qəbul edirsə və həmin şəxs də uşağa atalıq verməyə razıdırsa, bu halda məsələ daha sadə prosedurla həll oluna bilər. Belə vəziyyətdə atalığın müəyyən edilməsi həyata keçirilir, doğum haqqında qeyd dəyişdirilir və uşağın hüquqi atası kimi əsl bioloji atanın məlumatları rəsmiləşdirilir”, – deyə vəkil bildirib.
Xəyalə Cəfərovanın sözlərinə görə, tərəflərin hamısının razılığı olduğu halda bəzi hallarda məsələni uzunmüddətli məhkəmə çəkişmələrinə çevirmədən qanuni prosedurlar çərçivəsində həll etmək mümkündür.Lakin tərəflər arasında fikir ayrılığı yaranarsa, vəziyyət tamamilə fərqli hüquqi müstəviyə keçir.
“Əgər uşağın hüquqi atası hesab edilən şəxs uşağın bioloji olaraq ona məxsus olmadığını iddia edirsə, lakin digər tərəflər bununla razılaşmırsa, bu halda məsələ yalnız məhkəmə qaydasında həll oluna bilər. Məhkəmə DNT ekspertizasının keçirilməsi barədə qərar qəbul edir və ekspertiza nəticələri hüquqi qiymətləndirmə üçün əsas olur”, – deyə hüquqşünas qeyd edib.
Onun sözlərinə görə, DNT analizinin nəticələri uşağın həmin şəxsə məxsus olmadığını təsdiqlədikdə, vətəndaş öz atalığının ləğv edilməsi və adının doğum haqqında şəhadətnamədən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir.
“Qanunvericilik hər bir şəxsin həqiqi ailə münasibətlərinin müəyyən edilməsini və hüquqi statusunun düzgün əks olunmasını təmin edir. Əgər bir şəxs uzun illər öz övladı hesab etdiyi uşağın əslində bioloji atası olmadığını öyrənirsə, onun bu məsələni hüquqi müstəvidə araşdırmaq və həll etmək hüququ var”, – deyə Xəyalə Cəfərova bildirib.
Vəkil vurğulayıb ki, məhkəmə belə işlərə baxarkən ilk növbədə uşağın maraqlarını nəzərə alır. Çünki ailə hüququnda əsas prinsip azyaşlının mənafeyinin qorunmasıdır.
“Burada yalnız böyüklərin hüquqları deyil, uşağın psixoloji vəziyyəti, sosial təminatı və gələcək maraqları da qiymətləndirilir. Ona görə də məhkəmə qərarları bütün bu amillər nəzərə alınaraq qəbul edilir”, – deyə hüquqşünas əlavə edib.
Xəyalə Cəfərova qeyd edib ki, əgər bioloji ata mövcuddursa və uşağı öz adına keçirmək niyyətindədirsə, qanun buna imkan verir. Bu zaman atalığın müəyyən olunması faktı təsdiqlənir, müvafiq dövlət qeydiyyatı dəyişdirilir və uşağın hüquqi sənədlərində yeni atanın məlumatları əks olunur.
“Ən mühüm məsələ bütün prosedurların qanuni qaydada həyata keçirilməsidir. Tərəflər arasında razılıq olduqda proses daha asan həll olunur. Mübahisə yarandıqda isə DNT ekspertizası və məhkəmə qərarı əsas hüquqi mexanizm hesab edilir”, – deyə vəkil yekunlaşdırıb.
Turan
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.