Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
688
23.02.2026, 12:57
Məhkəməsiz hüquqi həll yolları: Hansı hallarda problemi məhkəməyə getmədən çözmək mümkündür?
Müasir dövrdə hüquqi mübahisələrin hamısı məhkəmə zalında həll olunmur. Bir çox hallarda tərəflər vaxt və maliyyə itkisinə yol vermədən, münasibətləri pozmadan alternativ mexanizmlərlə razılığa gələ bilirlər.
Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov Oxu24.com-a açıqlamasında bildirib ki, məhkəmə hüquqi mübahisələrin həllində sonuncu instansiya kimi nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, tərəflər ilk növbədə mübahisəni məhkəmədənkənar qaydada həll etməyə çalışmalıdırlar.
Çünki məhkəmə prosesi həm vaxt, həm də maliyyə baxımından əlavə yük yaradır. Bundan başqa, tərəf haqlı olsa belə, məhkəmə qərarının nəticəsinin onun xeyrinə olub-olmayacağı əvvəlcədən tam təmin olunmur.
Hüquqşünas vurğulayıb ki, məhkəmədənkənar həll mexanizmlərinin effektiv olması üçün hər iki tərəfin qarşılıqlı iradəsi və razılığı zəruridir. Əgər tərəflərdən biri danışıqlardan yayınırsa, bu halda alternativ həll imkanları məhdudlaşır. Təcrübədə isə çox vaxt danışıqlardan yayınan tərəfin haqsız olduğu müşahidə edilir. Belə hallarda bəzi tərəflər məhkəmə prosesindən vaxt qazanmaq və ya müxtəlif qanunsuz vasitələrlə üstünlük əldə etmək məqsədilə istifadə etməyə çalışa bilirlər.
Dövlət orqanlarına müraciət məsələsinə gəldikdə isə, bu, konkret situasiyadan asılıdır. Məsələn, istehlakçı hüquqlarının pozulması halında vətəndaş sahibkar barəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti-nə müraciət edə bilər. Eyni zamanda, vətəndaş hər hansı dövlət orqanının qərar və ya hərəkətindən narazıdırsa, həmin qurumun yuxarı instansiyasına şikayət vermək hüququna malikdir. Bu mexanizm bəzi hallarda mübahisənin məhkəməyə daşınmadan həllinə imkan yaratsa da, son dövrlərdə belə halların sayının azaldığı qeyd olunur.
Çimnaz Telmanqızı
21:43 / 13 Noyabr 2026
337
21:36 / 13 Noyabr 2026
27
21:29 / 13 Noyabr 2026
46
21:24 / 13 Noyabr 2026
45
21:03 / 13 Noyabr 2026
73
20:58 / 13 Noyabr 2026
77
20:50 / 13 Noyabr 2026
803
20:41 / 13 Noyabr 2026
106
20:37 / 13 Noyabr 2026
85
20:35 / 13 Noyabr 2026
59
20:20 / 13 Noyabr 2026
93
20:09 / 13 Noyabr 2026
291
20:06 / 13 Noyabr 2026
84
20:05 / 13 Noyabr 2026
90
19:58 / 13 Noyabr 2026
286
19:53 / 13 Noyabr 2026
207
19:41 / 13 Noyabr 2026
118
19:38 / 13 Noyabr 2026
704
19:35 / 13 Noyabr 2026
105
19:30 / 13 Noyabr 2026
352
19:28 / 13 Noyabr 2026
175
19:23 / 13 Noyabr 2026
111
19:05 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.