Eyni cinayətə görə niyə fərqli cəzalar verilir? – Hüquqi izah
08 May 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2905
26.01.2026, 17:42
"Həbsdən çıxmışam, pulumu verin": Qanunda belə bir maddə varmış...
Qanunvericiliyə görə məhbus həyatı yaşamış şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial ödənişlər ödənilir.Bu məbləğ 1600 AZN-dir.
Bir neçə dəfə məhkum olunmuş şəxs neçə dəfə bu ödənişi ala bilər? Qanunda bu hədd varmı?
Oxu24.com-un sualını vəkil Özal Xəlilov cavablandırıb.
O, bildirib ki, söhbət cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətindən gedir:" Bu müavinət "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" AR Qanunuyla tənzimlənir: müavinət sosial adaptasiya tədbiridir və məbləği minimum aylıq əməkhaqqının 4 mislidir . Sosial adaptasiya müddəti 1 ildir və şəxs qeydiyyata götürüldüyü gündən hesablanır. Eyni zamanda şəxs adaptasiya dövründə qanunla müəyyən edilmiş vəzifələrə əməl etməlidir" .
Vəkil onu da qeyd edib ki, Ali Məhkəmənin 11.04.2025-ci il tarixli Qərarında əks edilmiş mövqeyə əsasən, şəxs əvvəllər bu müavinəti alıbsa və sonradan (xüsusən adaptasiya dövründə) yenidən qəsdən cinayət törədibsə, dövlət orqanının təkrar müavinət təyin etməməsi qanuni sayıla bilər.
Buna görə 2022-də müavinət almış, 2023-də yenidən həbs olunmuş və 2026-da azad edilən şəxsin bu dəfə də eyni müavinəti alması avtomatik hüquq deyil; böyük ehtimalla imtina riski yüksəkdir, xüsusən də 2023-cü il cinayəti əvvəlki azadlıqdan sonrakı adaptasiya dövrünə düşübsə - deyə Özal Xəlilov vurğulayıb .
Əntiqə Rəşid
18:54 / 10 May 2026
175
18:31 / 10 May 2026
46
17:59 / 10 May 2026
123
17:51 / 10 May 2026
57
17:49 / 10 May 2026
138
17:37 / 10 May 2026
59
17:29 / 10 May 2026
241
17:19 / 10 May 2026
171
14:29 / 10 May 2026
88
14:25 / 10 May 2026
83
12:25 / 10 May 2026
729
12:22 / 10 May 2026
90
00:41 / 10 May 2026
381
00:37 / 10 May 2026
2847
00:33 / 10 May 2026
163
00:20 / 10 May 2026
420
00:18 / 10 May 2026
150
00:15 / 10 May 2026
145
00:05 / 10 May 2026
308
23:58 / 09 May 2026
1162
23:55 / 09 May 2026
137
23:54 / 09 May 2026
236
23:52 / 09 May 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.