Qaynar xətt:

(+99450) 247 90 86

Kişilərin bu hüququ da YARANDI: Azərbaycanda yeni qərar

2024/01/01/1704136559_emek-mezuniyyeti.jpg

HÜQUQ

238

20.01.2026, 20:05

Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər atalıq məzuniyyətinə dair yeni imkanlar açır.

Oxu24.com xəbər verir  ki,mövzu ilə bağlı açıqlama verən hüquqşünas Hadı Hüseynov bildirib ki,indi hər bir ata, uşağın doğumundan əvvəl və sonra atalıq məzuniyyətinə çıxa bilər.

"Bu məzuniyyətin müddəti 14 təqvim günüdir və bunun üçün sadəcə uşaq doğulduqdan sonra tibb müəssisəsindən arayış əldə edib işəgötürənə təqdim etmək kifayətdir.

Qanunvericilik aydın şəkildə göstərir ki, işəgötürənin “iş çoxdur”, “alınmır” və ya “lazım deyil” kimi bəhanələrlə atanı məzuniyyətə buraxmaması qanun pozuntusu sayılır. Atalıq məzuniyyəti işəgötürənin istəyi ilə deyil, birbaşa qanunla tənzimlənir.

Maraqlı və xoş məqam isə budur ki, bu müddət start saxlanılır və maaşdan heç bir çıxılma olmur. Yəni ata həm hüquqi təminat alır, həm də maddi cəhətdən itki yaşamır.

Bu dəyişikliklər göstərir ki, hüquq sistemimiz ailə dəyərlərini qorumağa və ataların uşaq tərbiyəsində aktiv iştirakını stimullaşdırmağa yönəlib",-deyə hüquqşünas qeyd edib.

Turan Etibaroğlu