Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
11133
19.01.2026, 17:36
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların 2025-ci ildə xidməti fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
DİN-dən Oxu24.com-a verilən xəbərə görə, müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, şəxsi heyətin sosial və maddi-texniki təminatının, xidmət şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərdiyini vurğulayıb.
Sonra daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti fəaliyyətin yekunları barədə məruzə ilə çıxış edib.
Bildirilib ki, hesabat ilində Daxili Qoşunlar qarşıya qoyulmuş bütün tapşırıqları məsuliyyətlə icra edib. İşğaldan azad edilmiş ərazilərdə mühafizə tədbirləri, minalanmış sahələrə keçmələrin qarşısının alınması istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyıb.
Məruzələrdə şəxsi heyətin döyüş, fiziki və ixtisas hazırlığının, idarəetmə və qarşılıqlı fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən xüsusi-taktiki təlimlərin həm Daxili Qoşun hissələrinin, həm də polis orqanlarının birgə fəaliyyətinin səmərəliliyini daha da artırdığı diqqətə çatdırılıb.
Müşavirədə beynəlxalq əhəmiyyətli idman yarışları və kütləvi tədbirlər zamanı polis və Daxili Qoşunların şəxsi heyətinin peşəkar fəaliyyəti xüsusi qeyd olunub. Vurğulanıb ki, ölkəmizdə keçirilən mötəbər idman turnirləri, beynəlxalq forumlar və digər irimiqyaslı tədbirlər dövründə ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə təmin edilib.
Müşavirəyə yekun vuran nazir V.Eyvazov ötən hesabat ilində DİN-in Daxili Qoşunlarının fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışaraq konkret tapşırıq və tövsiyələrini verib. Eyni zamanda əmin olduğunu bildirib ki, şəxsi heyət qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.
17:18 / 14 Noyabr 2026
1
17:15 / 14 Noyabr 2026
13
16:20 / 14 Noyabr 2026
81
16:05 / 14 Noyabr 2026
114
15:45 / 14 Noyabr 2026
100
15:27 / 14 Noyabr 2026
250
15:25 / 14 Noyabr 2026
110
15:07 / 14 Noyabr 2026
215
15:05 / 14 Noyabr 2026
121
14:44 / 14 Noyabr 2026
153
14:31 / 14 Noyabr 2026
114
14:24 / 14 Noyabr 2026
610
14:19 / 14 Noyabr 2026
115
14:15 / 14 Noyabr 2026
106
14:09 / 14 Noyabr 2026
257
13:50 / 14 Noyabr 2026
2725
13:48 / 14 Noyabr 2026
141
13:16 / 14 Noyabr 2026
136
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
149
12:25 / 14 Noyabr 2026
137
12:09 / 14 Noyabr 2026
145
11:58 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.