Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
22 May 2026, 19:18
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
676
04.11.2025, 17:23
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi barədədir.
Qeyd olunan ifadə nə başa düşülür?
Oxu24.com-a danışan vəkil Sadiq Əfəndiyev bildirib ki, cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hallardan biridir.
Sözü gedən yüngülləşdirici halın özündə cinayətin törədilməsinə səbəb olan iki alternativ hal nəzərdə tutulub:
1. cinayətin ağır həyat şəraiti nəticəsində törədilməsi;
2. cinayətin mərhəmətlilik niyyəti ilə törədilməsi.
“Ağır həyat şəraiti” və “mərhəmətlilik niyyəti” anlayışlarının məzmunu qanunun özündə açıqlanmır, bu anlayışların izahına daha çox elmi ədəbiyyatlarda rast gəlinir.
Azərbaycan Respublikasının cinayət hüququnda verilən elmi şərhə görə “ağır həyat şəraiti” uzun müddətli işsizlik, onun nəticəsində yaranmış maddi çətinliklər, təqsirkarın və ya onun yaxın adamlarının ağır xəstəliyə tutulması, ailədə və ya işdə yaranmış qeyri-normal münasibətlər, ailə üzvlərinin hər hansı birinin mütəmadi əxlaqsız hərəkətləri, ağır mənzil şəraiti və s. halların təsirindən yaranan vəziyyətdir. Məsələn, şəxsin ac olan uşaqları üçün mağazadan ərzaq oğurlaması və s.
“Mərhəmətlilik niyyəti” dedikdə isə zərərçəkmişin xahişi ilə onu dözülməz vəziyyətdən xilas etməyə yönəlmiş cinayət xarakterli hərəkət və ya hərəkətsizlik başa düşülür. Məsələn, xəstəlikdən əzab çəkən xəstənin xahişi ilə onun əzablarını azaltmaq üçün ona yüksək dozada yaxud miqdarından artıq dərmanın verməsi və nəticədə xəstənin ölməsi və s.
Onu da nəzərə almaq lazımdır ki, “ağır həyat şəraiti” və “mərhəmətlilik niyyəti” nisbi anlayışlar olduğundan hər bir cinayət törədən şəxsə münasibətdə fərdi yanaşma, qiymətləndirmə tələb edir. Çünki müxtəlif şəxslərdə və müxtəlif vəziyyətlərdə bu hallar fərqli məzmun kəsb edə bilər. Ona görə də məhkəmə toplanmış sübutlar əsasında işin hallarını və cinayət törədənin şəxsiyyətini səciyyələndirən halları nəzərə almaqla şəxsin cinayət törədərkən ağır həyat şəraitinin və ya mərhəmətlilik niyyətinin mövcud olub olmamasını qiymətləndirməlidir. Məsələn sağlam, cavan bir şəxsin işləmək imkanı olduğu halda işləməməsi onun ağır həyat şəraiti kimi qiymətləndirilə bilməz.
Digər hüquqi şərt törədilmiş cinayətin məhz həmin hallarla bilavasitə bağlı olması, yəni səbəb-nəticə əlaqəsində olmasıdır. Məsələn, doğurdan da ağır həyat şəraiti yaxud yaxud xəstə uşağı olan şəxs başqasının qiymətli geyim əşyalarını gedəcəyi hansısa məkanda geyinib yaxşı görünmək üçün oğurlayır. Sözssüz ki, bu halda “ağır həyat şəraiti” və “mərhəmətlilik niyyəti”nin törədilən oğurluq cinayətilə hər hansı əlaqəsi yoxdur.
Cinayət törədən şəxsin ağır həyat şəraitinin və ya mərhəmətlilik niyyətinin cəza təyinində nəzərə alınması humanizm və ədalət prinsipinin real təcəssümüdür. Çünki tamah motivi ilə törədilən cinayətə və ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilən cinayətə görə eyni cəzanın verilməsi ədalətsiz və qanunsuz olmaqla yanaşı cinayət qanunvericiliyinin göstərilən prinsiplərinə ziddir.
Ona görə də cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyətilə törədilməsi halı müəyyən edildikdə həmin hallar cəza təyin edən məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi mütləq nəzərə alınmalı və həmin cinayəti törədən şəxslərə daha çox ictimai təhlükə kəsb edən motivlə (tamah və s.) cinayət törədən şəxslərlə müqayisədə daha yüngül cəza təyin edilməlidir.
Hazırladı: Miri Məcidli
19:09 / 23 May 2026
24
19:02 / 23 May 2026
26
18:39 / 23 May 2026
46
18:35 / 23 May 2026
269
18:33 / 23 May 2026
53
18:27 / 23 May 2026
52
18:23 / 23 May 2026
44
18:09 / 23 May 2026
74
18:00 / 23 May 2026
56
17:46 / 23 May 2026
74
17:43 / 23 May 2026
237
14:55 / 23 May 2026
666
14:53 / 23 May 2026
226
14:51 / 23 May 2026
231
11:44 / 23 May 2026
108
11:41 / 23 May 2026
131
11:40 / 23 May 2026
102
10:08 / 23 May 2026
184
01:03 / 23 May 2026
279
00:16 / 23 May 2026
586
00:09 / 23 May 2026
545
00:06 / 23 May 2026
280
00:04 / 23 May 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.