1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
492
23.05.2026, 18:33
Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş Türk Mədəniyyəti və İrsi Fondunun fundamental nəşrləri ictimaiyyətə təqdim edilib
22 may 2026-cı il tarixində Qazaxıstan Respublikasının Milli Kitabxanasında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ərsəyə gətirilən Birinci Bakı Türkoloji Qurultayının 100 illik yubileyinə həsr olunmuş fundamental elmi nəşrlərin təntənəli təqdimat mərasimi keçirilib.
XX əsrin əvvəllərində türk dünyasının mənəvi və mədəni həyatında ən böyük və taleyüklü tarixi hadisələrdən biri sayılan qurultayın yubileyi çərçivəsində, Fond tərəfindən işıq üzü görən və türk xalqlarının ortaq tarixi yaddaşını, elmi mirasını əks etdirən iki mühüm nəşr dünya ictimaiyyətinə təqdim olunub.
Təqdim olunan ilk nəşr – Azərbaycandakı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun, tanınmış alimlər Mahirə Hüseynova və Aysel Qəriblinin müəllifi olduğu “Birinci Türkoloji Qurultay” adlı elmi monoqrafiyadır. Kitabda 1926-cı il Bakı qurultayının tarixi missiyası, onun türk xalqlarının mədəni-elmi inkişafındakı müstəsna rolu, eləcə də etnoqrafiya, orfoqrafiya, terminologiya, əlifba, dil və ədəbiyyat məsələləri dərin elmi təhlil obyektinə çevrilib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın moderatorluğu ilə işinə davam edən təqdimat mərasimində nəşrin müəlliflərindən olan Akademik Nizami Cəfərov və Aysel Qəribliyə də söz verilib. Çıxış edən müəlliflər rəhbərlik etdikləri elmi araşdırmanın əhəmiyyətindən bəhs edərək bildiriblər ki, bu fundamental əsər təkcə Birinci Bakı Türkoloji Qurultayının tarixi salnaməsi deyil, həm də türk dünyasının elmi, ədəbi və mədəni varisliyini gələcək nəsillərə ötürən mühüm bir körpüdür. Diqqətə çatdırılıb ki, layihənin ərsəyə gəlməsi və tarixin qaranlıq səhifələrinin sistemli şəkildə işıqlandırılması bu gün bütöv türk xalqlarının ortaq elmi yaddaşının qorunmasına xidmət edir.
Kitabın yüksək səviyyədə çap olunmasında və işıq üzü görməsində göstərilən dəstəyə, eləcə də bu möhtəşəm təqdimat mərasiminin təşkilindəki zəhmətlərinə görə başda professor Aktotı Raimkulova olmaqla Türk Mədəniyyəti və İrsi Fonduna, eyni zamanda qonaqpərvərliyə və yaradılan şəraitə görə Qazaxıstan hökumətinə dərin təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.
Mərasimdə nümayiş etdirilən digər mühüm layihə isə Fondun Əl-Fərabi adına Qazax Milli Universiteti ilə birgə ərsəyə gətirdiyi “1926/2026: Birinci Bakı Türkoloji Qurultayının 100 illiyi” adlı xronikadır. Milli Azərbaycan Tarixi Muzeyi və Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Arxivinin fondlarında qorunan tarixi sənədlər əsasında hazırlanan bu topluya rəsmi protokollar, nadir fotoşəkillər, elmi məruzələr və dövrün mətbuat materialları daxil edilib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova qeyd edib ki, bu gün təqdimatı keçirilən əsərlər ortaq yaddaşı canlandıran, elmi irsi sistemləşdirən və gələcək nəsillərə əmanət edilən olduqca dəyərli nəşrlərdir. Eyni zamanda, layihənin müəlliflərindən biri, görkəmli türkoloq akademik Nizami Cəfərovun tədbirdə şəxsən iştirak etməsi yığıncağın elmi və mənəvi çəkisini daha da artırır.
Tədbirdə həmçinin Qazaxıstan Respublikası Prezidentinin Müşaviri Malik Otarbayev, Əl-Fərabi adına Qazax Milli Universitetinin İdarə Heyətinin Sədri – Rektor Janseyit Tüymebayev, Qazaxıstan Yazıçılar Birliyinin İdarə Heyətinin Sədri Məreke Kulkenov, Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyinin Direktoru, akademik Cabbor Eşonkulov, Hacı Bayram Veli Ankara Universitetinin Professoru, filologiya elmləri doktoru Mehmet Çevik,Qazaxıstan Respublikasının Milli Kitabxanasının Direktoru Qaziza Nurqaliyeva, Qazaxıstan Müsəlmanları Dini İdarəsi nəzdində İslam Elmi-Tədqiqat İnstitutunun Direktoru, professor Törəli Qıdır spiker qismində çıxış edərək, Birinci Bakı Türkoloji Qurultayının 100 illik yubileyi münasibətilə işıq üzü görən yeni nəşrlərin əhəmiyyətini yüksək qiymətləndirib və türkologiya elminin gələcək inkişafı, eləcə də türk dünyasının mənəvi birliyi baxımından bu cür layihələrin müstəsna rol oynadığını vurğulayıblar.
Diqqətə çatdırılıb ki, təqdim olunan “Birinci Türkoloji Qurultay” kitabı Fondun böyük rəğbət qazanan “Türk Dünyasının Tarixi İnciləri” seriyası çərçivəsində işıq üzü görüb. Ümumilikdə isə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən son iki il ərzində türk xalqlarının ortaq mədəni-tarixi irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə təbliği məqsədilə fərqli seriyalar altında 60-dan çox fundamental nəşr çap edilərək elmi ictimaiyyətə təqdim olunub.



00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.