Bərbərlərdən nə qədər vergi tutulacaq?
27 May 2026, 17:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
765
16.09.2025, 14:57
“Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli İngiltərədən özəl sifarişlə gətirdiyi kitabların Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ tərəfindən saxlanılaraq müsadirə olunduğunu iddia edir.
Bu barədə sahibkar sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu səbəbdən yalnız son ay ərzində ona 2600 manatlıq ziyan dəyib: “İngiltərədən özəl sifariş olaraq 1000 manat dəyərində kitablar gətirmişəm, sertifikat adı ilə bizə 1900 manatlıq pul ödətdiriblər. Üstəlik də 500 manat dəyərində olan ən bahalı kitabları “ekspertiza” adı ilə “müsadirə” ediblər və qaytarmırlar. Müştəri də öz kitablarını tələb edir. Mən ona nə deməliyəm? Kitab əvəzinə 1900 manatlıq, heç kəsə lazım olmayan sertifikatı təhvil verməliyəm? Yalnız son ay ərzində bu mərkəzin hoqqalarına görə bizə 2600 manatlıq ziyan dəyib, çünki sertifikatlarla qarışıqlıq yaradıb gömrük işlərimizi yubadırlar, gömrük də bizdən saxlama pulunu artıqlaması ilə alır. Heç kəsə lazım olmayan sertifikatlara 3100 manat ödəmişik. Üstəlik, yalnız bu ayda çoxlu kitabları “müsadirə” ediblər”.
N. Köçərli ötən gün sözügedən mərkəzin rəhbərliyi ilə görüşdüyünü, lakin problemin həll olunmadığını deyir. Onun sözlərinə görə, yenə get-gələ salınıb, bu dəfə yeni gələn sifariş üçün əlavə 300 manat tələb ediblər.
Problemlə bağlı “Respublika Sanitariya-Karantin Mərkəzi”nə ünvanladığımız sorğuya belə cavab aldıq: “Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxs idxalçının müraciətinə əsasən respublikaya idxal olunan sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsullarının ekspertizasını keçirir, onların laborator müayinələrini aparır, müayinə nəticələri sanitariya-gigiyena norma və tələblərinə cavab verdiyi təqdirdə onların gigiyenik sertifikatlaşdırılmasını həyata keçirir.
“Ali və Nino Yayım” MMC tərəfindən respublikaya idxal edilmiş poliqrafiya məhsullarına gigiyenik sertifikatın verilməsi üçün Mərkəzə 09.02.2025-ci il, 03.09.2025-ci il, 04.09.2025-ci il, 11.09.2025-ci il tarixli müraciətlər daxil olub. İdxal edilmiş məhsullardan nümunələr götürülməklə laborator müayinəyə cəlb edilib.
Laborator test və ya sınaq məqsədilə götürülmüş məhsul nümunəsi aparılmış laborator analizlərdən sonra fiziki-kimyəvi, toksikoloji və mikrobioloji çirklənməyə məruz qalmaqla orijinal fiziki və kimyəvi xüsusiyyətlərini itirdiyi üçün istifadəyə yararsız hesab olunur və onun dərhal zərərsizləşdirilməsi tələb olunur.
AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının imperativ göstərişlərinə uyğun olaraq, laboratoriyada sınaq nümunələrinin saxlanması, müəyyən müddət qorunması və məhv edilməsi ilə bağlı prosedurlar olmalıdır. Nümunənin çirklənməsi və ya ilkin vəziyyətinin dəyişməsi zamanı sözügedən nümunə müştəriyə qaytarılmamalıdır”.(qafqazinfo)
23:01 / 28 May 2026
28
22:49 / 28 May 2026
87
22:43 / 28 May 2026
77
22:39 / 28 May 2026
113
22:35 / 28 May 2026
143
22:32 / 28 May 2026
119
22:28 / 28 May 2026
59
22:26 / 28 May 2026
75
22:20 / 28 May 2026
5144
22:12 / 28 May 2026
55
22:00 / 28 May 2026
61
21:53 / 28 May 2026
78
21:51 / 28 May 2026
66
21:42 / 28 May 2026
103
21:38 / 28 May 2026
73
21:35 / 28 May 2026
132
21:07 / 28 May 2026
706
21:05 / 28 May 2026
125
20:48 / 28 May 2026
174
20:48 / 28 May 2026
566
20:45 / 28 May 2026
111
20:43 / 28 May 2026
73
20:41 / 28 May 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.