Evini kirayə verənlər nə qədər vergi ödəməlidir?
31 İyul 2025, 10:32
Qaynar xətt:
(+99450) 247 90 86101 namizəd vəkil andı içərək ARVK-nın üzvü olub — Vəkillər Kollegiyasının tədbirindən görüntülər
HÜQUQ
505
18.04.2025, 17:02
Aprelin 18-də “Badamdar Estates” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Tədbirdə ARVK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, ardınca Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə açıq elan edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov ölkəmizdə vəkillik institutunun tarixi inkişaf yoluna nəzər salıb, son illərdə bu sahədə əldə olunan mühüm nailiyyətlər, həyata keçirilən islahatlar və Kollegiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Anar Bağırov bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Kollegiya tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilir, vəkillik institutunun inkişafı və möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Sədr nəzərə çatdırıb ki, ötən il ərzində ARVK tərəfindən ölkə üzrə ümumilikdə 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib. Bu tədbirlərin əsas məqsədi vətəndaşların keyfiyyətli hüquqi yardıma bərabər çıxışının təmin olunması və onların konstitusion hüquqlarının müdafiəsidir.
Eyni zamanda Anar Bağırov çıxışında son dövrlərdə vəkillərin say artımı ilə müşayiət olunan müsbət dinamikanı da qeyd edərək bildirib ki, Vəkillər Kollegiyası Akademiyasında vəkillərin peşəkar inkişafına xüsusi önəm verilir. Burada vəkillər, gənc hüquqşünaslar davamlı olaraq müxtəlif mövzularda təlim və tədris proseslərinə cəlb olunur, onların etik davranışının, hüquqi savadının, praktiki bilik və bacarıqlarının artırılmasına diqqət yetirilir.
Sədr həmçinin hüquq ictimaiyyəti üçün mühüm platformalardan biri olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının nüfuzunu xüsusi olaraq vurğulayıb. Qeyd edib ki, Hüquq və İnsan Haqları İnstitutu tərəfindən hazırlanmış ikinci Monitorinq Hesabatına əsasən, bu jurnal ölkədə ən çox oxunan hüquqi nəşrlər sırasında birinci yeri tutub.
Tədbirdə diqqətə çatdırılıb ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul üzrə ümumilikdə 14 yazılı test imtahanı keçirilib. Bu dövrdə imtahanlarda iştirak edən 6070 namizəddən 1728 nəfəri uğurlu nəticə əldə edərək icbari təlimləri müvəffəqiyyətlə tamamlayıb və vəkil andı içərək Kollegiya üzvlüyünə qəbul olunub.
Bu gün keçirilən mərasimdə isə daha 101 namizəd vəkil andı içərək ARVK-nın üzvü olub. Bununla da ölkəmizdə vəkillərin ümumi sayı 2608 nəfərə çatıb. Yeni qəbul olunan vəkillərdən 55 nəfəri kişi, 46 nəfəri isə qadındır. Həmin vəkillərdən 11 nəfəri regionlarda, 90 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Beləliklə, ölkədə fəaliyyət göstərən qadın vəkillərin sayı 548 nəfərə yüksələrək ümumi vəkillərin 21%-ni təşkil edir.
Həmçinin oxuyun
Sonra tədbirdə Kollegiyanın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
Mərasimdə ARVK-nın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək namizədləri səmimi-qəlbdən təbrik edib, onların gələcək peşə fəaliyyətində uğurlar qazanacağına inandığını söyləyib.
Vəkillik peşəsinin yüksək etik dəyərlərə və məsuliyyətə əsaslanan bir fəaliyyət sahəsi olduğunu deyən əməkdar hüquqşünas gənc vəkillərə daim insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, hüquqi biliklərini davamlı olaraq təkmilləşdirməyi, habelə vəkillik nüfuzunun qorunması istiqamətində əzmlə çalışmağı tövsiyə edib.
Daha sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək ARVK üzvlüyünə qəbul olmuş namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə təntənəli şəkildə and içərək vəkil peşəsinin şərəflə daşıyacaqlarına dair öhdəlik götürüblər. Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim edilib.
Mərasimdə çıxış edən yeni qəbul olunmuş vəkillər peşəyə yiyələndikləri üçün böyük qürur hissi keçirdiklərini ifadə edib, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının ardıcıl və sistemli şəkildə təşkilinə görə ARVK Rəyasət Heyətinə təşəkkürlərini bildiriblər.
Tədbirin ikinci hissəsində isə fəaliyyəti dövründə fərqlənmiş və yubiley yaşı tamam olmuş Kollegiyanın bir qrup üzvü təltif olunub.
Eyni zamanda mərasim çərçivəsində ARVK Rəyasət Heyətinin iclası keçirilib, gündəlikdə olan bir sıra məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
16:09 / 31 İyul 2025
Türkiyə-Gürcüstan əməkdaşlığı dərinləşir
20
15:10 / 31 İyul 2025
Lavrov: Rusiya Suriyada vəziyyəti normallaşdırmaq istəyir
25
15:06 / 31 İyul 2025
Rusiyada 8,8 bal gücündə zəlzələdən sonra vulkan püskürüb
27
14:43 / 31 İyul 2025
“Aztelekom” sabiq direktorunun oğlu məhkəməyə gəlmir
58
14:30 / 31 İyul 2025
Rusiya Afrikaya üz tutdu
34
14:26 / 31 İyul 2025
Azərbaycanda zəlzələ oldu
690
14:20 / 31 İyul 2025
Medvedev Trampla internetdə mübahisə edib
39
14:19 / 31 İyul 2025
Yarışda dəhşət yaşandı: İnsanlar öldülər (18+)
52
14:16 / 31 İyul 2025
Lukaşenkodan səfərbərlik tələbi
36
14:15 / 31 İyul 2025
Qazaxıstan Rusiyanın xidmətlərindən imtina edib
44
14:12 / 31 İyul 2025
Tramp Moskvanın cəza müddətini qısaldıb
35
14:10 / 31 İyul 2025
Sinoptik: Moskvalıları həftənin sonuna qədər qızmar gecələr gözləyir
40
14:05 / 31 İyul 2025
Politico: Tramp AB-dən Rusiya enerjisini almağı dayandırmağı tələb edir
38
13:56 / 31 İyul 2025
Kürdəmirlilərə şad xəbər: Prezident sərəncam İMZALADI
191
13:40 / 31 İyul 2025
Litvanın baş naziri istefa verib
44
13:39 / 31 İyul 2025
Attraksion qırıldı: İnsanlar yerə çırpıldı
149
13:29 / 31 İyul 2025
Prezident Fərman İMZALADI
557
13:25 / 31 İyul 2025
İran ABŞ-dən kompensasiya istəyir
41
13:20 / 31 İyul 2025
Lukaşenko ABŞ və Belarus arasında münasibətlərdən danışıb
41
13:15 / 31 İyul 2025
Kanada Fələstini tanımaq istəyir
36
13:05 / 31 İyul 2025
Paşinyanın ofisindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
47
13:00 / 31 İyul 2025
Tanınmış həkim VƏFAT ETDİ
375
13:00 / 31 İyul 2025
Çin Amerika neftini almağı dayandırır
49
12:46 / 31 İyul 2025
Rusiya-Suriya danışıqları BAŞLADI
45
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.