Boşandıqdan sonra gəlin qayınananın evində yaşamaq hüququnu tələb edə bilərmi? – Vəkildən AÇIQLAMA
24 Noyabr 2026, 20:40
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
367
12.07.2024, 15:42
İyulun 12-də İran İslam Respublikasının (İİR) Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi ilə İİR-nin səfirinin vəzifələrini icra edən - müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Qonaqları salamlayan ARVK-nın sədri Anar Bağırov Azərbaycan ilə İran xalqları arasında uzun illər dostluq münasibətlərinin mövcud olduğunu, İİR-nin ölkəmizdəki Səfirliyinin nümayəndələri ilə ilk dəfə görüş keçirdiyini bildirərək, rəhbərlik etdiyi qurumun son illərdəki fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, o cümlədən Kollegiyanın beynəlxalq əlaqələrə verdiyi əhəmiyyətindən danışıb.
Görüşü yüksək qiymətləndirdiyini vurğulayan sədr İran Vəkillər Kollegiyası ilə əməkdaşlığın mövcud olduğunu, Azərbaycandakı İran vətəndaşlarına keyfiyyətli hüquqi yardımın göstərildiyini qeyd edib, eyni zamanda İrandakı Azərbaycan vətəndaşlarına da keyfiyyətli hüquqi yardımın göstərildiyinə inandığını ifadə edib.
İİR-nin Azərbaycandakı səfirinin vəzifələrini icra edən - müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi çıxışında ilk görüşdən məmnun olduqlarını və Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini söyləyib. O, hər iki dövlətin Vəkillər kollegiyaları arasında gələcək münasibətlərin daha da genişlənməsinin, habelə İran və Azərbaycan vəkilləri arasında sıx fərdi əlaqələrin yaranmasının vacibliyini dilə gətirib.
Görüş çərçivəsində hər iki ölkə arasında qarşılıqlı və keyfiyyətli hüquqi yardımların təşkil edilməsinin ilkin müzakirələri aparılıb və gələcək əməkdaşlıq barədə təkliflər səsləndirilib.
Sonda qonaqlara ARVK-nın dəstəyi ilə nəşr edilmiş “Nizami Gəncəvi: nəsihətləri, kəlamları, hikmət və aforizmləri” adlı kitab və Kollegiyanın rəsmi emblemi hədiyyə edilib.

23:34 / 24 Noyabr 2026
7
23:33 / 24 Noyabr 2026
63
23:28 / 24 Noyabr 2026
55
23:22 / 24 Noyabr 2026
52
23:15 / 24 Noyabr 2026
70
23:03 / 24 Noyabr 2026
155
23:00 / 24 Noyabr 2026
120
22:54 / 24 Noyabr 2026
490
22:44 / 24 Noyabr 2026
79
22:22 / 24 Noyabr 2026
796
22:16 / 24 Noyabr 2026
112
22:09 / 24 Noyabr 2026
99
22:07 / 24 Noyabr 2026
98
21:54 / 24 Noyabr 2026
196
21:36 / 24 Noyabr 2026
111
21:32 / 24 Noyabr 2026
220
21:26 / 24 Noyabr 2026
104
21:20 / 24 Noyabr 2026
120
21:18 / 24 Noyabr 2026
114
21:03 / 24 Noyabr 2026
232
20:59 / 24 Noyabr 2026
113
20:55 / 24 Noyabr 2026
585
20:50 / 24 Noyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.