Ceyhun Bayramov: Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir
24 Noyabr 2026, 19:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
38
24.11.2026, 20:02
Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür və erməni işğalçıların rayonu tərk etməsindən 6 il ötür. Kəlbəcərin 2020-ci il noyabrın 25-də işğaldan azad olunması Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Müzəffər Azərbaycan Ordusunun gücü və qəhrəman əsgər və zabitlərimizin, şəhid və qazilərimizin misilsiz şücaəti sayəsində əldə edilmiş tarixi Zəfərin mühüm nailiyyətlərindən biri olmuşdur.
Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Oxu24.com-a açıqlamasında bildirib.
Zaur Şükürov xatırladıb ki, 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu 27 il ərzində ağır dağıntılara, talanlara və qanunsuz məskunlaşdırma siyasətinə məruz qalmış, 53 mindən artıq sakini doğma yurd-yuvasından didərgin salınmış, çoxsaylı tarixi-mədəniyyət abidələri və sosial infrastrukturu məhv edilmişdir. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin rayondan çıxarılmasını tələb edən 822 saylı qətnaməsinə məhəl qoymayan Ermənistanın qanunsuz əməllərinə baxmayaraq, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər bir güllə belə atılmadan Azərbaycana qaytarılmış, bununla da Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və müdrik diplomatiyası sayəsində mühüm tarixi nailiyyət əldə edilmişdir.Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcər şəhəri və rayonun kəndləri müasir tələblərə uyğun yenidən qurulur, yaşayış məntəqələrinin bərpası, sosial infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində genişmiqyaslı işlər görülür. 2026-cı il noyabrın 6-dək Kəlbəcər rayonunda 162 ailə olmaqla 681 nəfər məskunlaşmış, eyni zamanda, Yanşaq kəndində 421, Zallar kəndində 487, Zar kəndində isə 855 ailənin yerləşdirilməsi nəzərdə tutulmuş, bu məqsədlə müasir fərdi yaşayış evləri, məktəblər və uşaq bağçalarının inşası planlaşdırılmışdır.
Millət vəkilinin sözlərinə görə, Kəlbəcərin strateji coğrafi mövqeyi onun regional nəqliyyat-kommunikasiya sistemində əhəmiyyətini daha da artırır, Zəngəzur dəhlizinə yaxınlığı, mürəkkəb dağlıq relyefdən keçən yeni avtomobil yolları və uzun tunellərin inşası rayonun tranzit imkanlarını genişləndirərək iqtisadi inkişafına, bölgələrarası əlaqələrin güclənməsinə və Azərbaycanın nəqliyyat xəritəsində mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Deputat qeyd edib ki,Kəlbəcərin azadlığı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığının, Vətən uğrunda canlarından keçən şəhidlərimizin fədakarlığının və qazilərimizin şücaətinin təntənəsidir. Bu tarixi Qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad ediləcəkdir. Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq işləri və Böyük Qayıdışın uğurla davam etdirilməsi isə tarixi Zəfərimizin bəhrəsi və Azərbaycanın qüdrətinin bariz nümunəsidir
20:05 / 24 Noyabr 2026
22
19:59 / 24 Noyabr 2026
50
19:57 / 24 Noyabr 2026
50
19:47 / 24 Noyabr 2026
60
19:39 / 24 Noyabr 2026
73
19:34 / 24 Noyabr 2026
68
19:30 / 24 Noyabr 2026
78
19:26 / 24 Noyabr 2026
129
19:05 / 24 Noyabr 2026
104
18:53 / 24 Noyabr 2026
89
18:50 / 24 Noyabr 2026
131
18:44 / 24 Noyabr 2026
450
18:41 / 24 Noyabr 2026
96
18:37 / 24 Noyabr 2026
95
18:32 / 24 Noyabr 2026
123
18:24 / 24 Noyabr 2026
93
18:19 / 24 Noyabr 2026
95
18:13 / 24 Noyabr 2026
130
18:08 / 24 Noyabr 2026
244
18:04 / 24 Noyabr 2026
105
17:58 / 24 Noyabr 2026
102
17:55 / 24 Noyabr 2026
1480
17:48 / 24 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.