Məktəbdə insident olub - AÇIQLAMA
24 Noyabr 2026, 20:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
47
24.11.2026, 21:03
“Maraqlar toqquşması haqqında” qanun layihəsi korrupsiyaya qarşı mübarizə, qanunsuz gəlirlərin aşkarlanması və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Oxu24.com xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
"Son dövrlər korrupsiyaya qarşı mübarizə çərçivəsində məsuliyyətə cəlb edilən bəzi vəzifəli şəxslərin qanunsuz yollarla əldə etdikləri vəsaitləri ailə üzvlərinin, qohumlarının və yaxın çevrələrinin adına rəsmiləşdirməsi halları ilə rastlaşılır. Belə hallarda vəzifəli şəxslərin öz adlarına hər hansı əmlakın olmaması, hətta yaşayış evlərinin belə başqa şəxslərin adına rəsmiləşdirilməsi cəmiyyətdə haqlı narazılıq və ikrah yaradır", - o deyib.
Deputatın sözlərinə görə, bu baxımdan vəzifəli şəxslərin gəlir və əmlak bəyannamələrinin qabaqcadan təqdim edilməsi və şəffaf yoxlanılması mühüm əhəmiyyət daşıyır:
“Bəzi şəxslər qanunsuz əldə etdikləri vəsaitlərin mənbəyini izah edərkən bunun guya əvvəlki dövrlərdən qaldığını, babalarından miras olduğunu bildirirlər. Halbuki həmin məlumatlar araşdırıldıqda göstərilən sərvətin real mənbəyi ilə bağlı ciddi suallar yaranır. Yoxlasan, babası lütün biri olubdur. Hesab edirəm ki, bəyannamə mexanizmi bütün bu məsələlərin şəffaf şəkildə üzə çıxarılmasına imkan verəcək”.
Deputat qanun layihəsinin digər mühüm tərəfinin ədalətli sahibkarlıq mühitinin qorunması olduğunu vurğulayıb. Bildirib ki, qanunsuz yollarla əldə edilmiş böyük maliyyə vəsaitlərinin müxtəlif biznes sahələrinə yönəldilməsi kiçik və orta sahibkarların rəqabət imkanlarını məhdudlaşdırır.
“Bu gün ədalətsiz sahibkarlıqla məşğul olan şəxslər oğurladıqları pulları ticarət, tikinti, fermer təsərrüfatları və digər sahələrə yatırmaqla kiçik və orta sahibkarlığın belini qırırlar. Kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaş bankdan 23-24 faizlə kredit götürərək biznes qurmağa çalışır. Digər tərəfdə isə külli miqdarda qanunsuz vəsaitə sahib olan şəxs həmin pulları biznesə yönəldir, məhsulunu maya dəyərindən də aşağı qiymətə satmaq imkanına malik olur. Çünki onun üçün bu, qanuni sahibkarlıq fəaliyyəti deyil, qanunsuz əldə edilmiş vəsaitlərin dövriyyəyə buraxılması vasitəsidir”, – deyə deputat bildirib.
O əlavə edib ki, bu cür qeyri-bərabər rəqabət xüsusilə kənd yerlərində sahibkarlığın inkişafına mane olur, minlərlə insanın biznes fəaliyyəti ilə məşğul olmaq imkanlarını məhdudlaşdırır.
Komitə sədri qanun layihəsinin korrupsiya münasibətlərində yalnız rüşvət alan tərəfin deyil, rüşvət təklif edən şəxslərin də məsuliyyətinin və rolunun nəzərə alınması baxımından əhəmiyyətinə toxunub.
“Biz bu məsələdə hər iki tərəfi nəzərə almalıyıq. Məmura təklif edən də var. Əgər rüşvət təklif olunmasa, məmur onu haradan alacaq? Rüşvət təklif edən tərəfi də qınamalı, cəmiyyətə düzgün mesaj verməliyik. Övladını lazımi bilik və bacarıqları, peşəkar hazırlığı olmadan hansısa vəzifəyə gətirmək üçün kiməsə pul təklif etmək, hədiyyələr vermək yolverilməzdir. Bu, təkcə dövlətə deyil, həmin rayonun, qurumun və bütövlükdə idarəetmə sisteminin fəaliyyətinə zərər vurur”, – deyə o vurğulayıb.
Çıxışında korrupsiya faktları barədə məlumat verən şəxslərin müdafiəsi məsələsinə də toxunan deputat bildirib ki, bu istiqamətdə əvvəllər qəbul edilmiş qanunvericilik mexanizmləri yeni qanun layihəsinin məntiqi davamı kimi qiymətləndirilə bilər.
O qeyd edib ki, korrupsiya faktları barədə məlumat verən şəxslərin müdafiəsi, təhlükəsizliyinin təmin edilməsi və onların təşviq olunması korrupsiyaya qarşı mübarizənin mühüm tərkib hissəsidir.Modern.az
20:59 / 24 Noyabr 2026
46
20:55 / 24 Noyabr 2026
154
20:50 / 24 Noyabr 2026
70
20:45 / 24 Noyabr 2026
58
20:40 / 24 Noyabr 2026
66
20:34 / 24 Noyabr 2026
84
20:32 / 24 Noyabr 2026
90
20:30 / 24 Noyabr 2026
79
20:30 / 24 Noyabr 2026
93
20:26 / 24 Noyabr 2026
478
20:20 / 24 Noyabr 2026
83
20:05 / 24 Noyabr 2026
94
20:02 / 24 Noyabr 2026
86
19:57 / 24 Noyabr 2026
261
19:47 / 24 Noyabr 2026
119
19:39 / 24 Noyabr 2026
106
19:34 / 24 Noyabr 2026
100
19:30 / 24 Noyabr 2026
114
19:26 / 24 Noyabr 2026
186
19:05 / 24 Noyabr 2026
129
18:53 / 24 Noyabr 2026
113
18:50 / 24 Noyabr 2026
153
18:44 / 24 Noyabr 2026
610
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.