Qaynar xətt:

(+99450) 247 90 86

Zemfira Məhərrəmlinin "Nəfs" romanı təqdim edildi

Zemfira  Məhərrəmlinin \"Nəfs\" romanı təqdim edildi

CƏMİYYƏT

46

24.11.2026, 22:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Yazıçılar Birliyində əməkdar jurnalist Zemfira  Məhərrəmlinin "Nəfs" romanının təqdimat mərasimi keçirildi. Qələminin gücündən ilhamlanan Zemfira xanımın işığına çox dostları, yaxınları və qələm dostları yığışmışdır. 

Olduqca maraqlı müzakirə mülahizələrlə keçən tədbiri daha da canlı, nəfəsli edən amillərdən biri də, ilk dəfə olaraq kişilərin qadınlar qarşısında öz günah və səhvlərini açıq şəkildə etiraf etmələri oldu. Eyni zamanda, tədbirdə olan qadınların sayçoxluğu da onların həmrəyliyini nümayiş etdirdi.

Romanın əsas süjet xəttindən çıxış edərək fikir bildirən natiqlər cəmiyyətdə əbədi ömür yaşayan qadın-kişi münasibətlərinin hansı zərurətdən parçalandığına, ailələrdə yaşanan ayrılıq və xəyanət hallarının baş verməsinə aydınlıq gətirməyə çalışdılar. 

Ən gözəl mənzərə isə ondan ibarət idi ki, bir daha sübut olundu ki, insanın məqsəd və məramı, hansı fikir, düşüncədə olmağı fəaliyyət və iş prinsipinə də yansıyır. Zemfira xanımın "Nəfs" romanının təqdimatına yığışan insanların yüksək əhval-ruhiyyəsi, mehriban şəkildə müzakirələri davam etdirməsi, şən mühitdə necə deyərlər, birinin sözü o birinin boğazından keçməsi məhz səbəbkarın həyat və yaşam mövqeyinin göstəricisindən irəli gəlirdi. 

Onu da qeyd edim ki, romanın olduqca maraqlı sujet xətti var. Əslində, gündəlik həyatımızda və ətrafımızda şahidi olduğumuz ailədaxili xəyanət məsələsini işıqlandırsa da, yanaşması olduqca fərqlidir.

Ramidə Allahverdiyeva