Boçorişvili: Azərbaycan və Gürcüstanın layihələri Aİ-yə fayda gətirir
24 Noyabr 2026, 20:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
54
24.11.2026, 23:33
İranın ali liderinin müşaviri Məhəmməd Mühbərin TRIPP layihəsini "saxta marşrut" adlandırması Tehranın regiondakı yeni nəqliyyat təşəbbüslərinə qarşı sərt və dəyişməz mövqeyini növbəti dəfə ortaya qoydu. Bu cür bəyanatlar Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması ətrafında siyasi və geosiyasi gərginliyin hələ də aktual qaldığını göstərir. Eyni zamanda, məsələ ətrafında səsləndirilən fikirlər İranın regional tranzit marşrutlarında öz mövqeyinin zəifləməsindən narahatlığını ön plana çıxarır. Layihənin reallaşma perspektivləri və tərəflərin yanaşmaları isə yaxın dövrdə proseslərin gedişatından asılı olacaq.
Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Oqtay Qasımov İran tərəfinin bu yanaşmasının səbəblərini və mümkün riskləri şərh edib.
“İranın bu cür fikirlərinin heç bir əsası yoxdur”
Politoloq Oqtay Qasımovun sözlərinə görə, İran nümayəndəsinin TRIPP layihəsini və Zəngəzur dəhlizini “saxta dəhliz” kimi təqdim etməsi qəbuledilməz yanaşmadır və bunun heç bir əsası yoxdur. Ekspert hesab edir ki, Tehran bu dəhlizin açılmasını özünün bir sıra geosiyasi və geoiqtisadi üstünlüklərinə təhlükə kimi qiymətləndirir. Onun fikrincə, İran layihənin məhz öz ərazisindən keçməsini istəyir ki, bunun vasitəsilə həm Azərbaycan, həm də Türkiyəyə qarşı geosiyasi üstünlüklərini təmin etsin və iki ölkəyə təzyiq rıçaqlarını saxlasın.
Oqtay Qasımov vurğulayıb ki, məsələnin digər mühüm tərəfi iqtisadi maraqlar və tranzit dividendləri ilə bağlıdır. Politoloq qeyd edib ki, dəhlizdən illik təxminən 15 milyon tona yaxın yükün daşınması nəzərdə tutulur və İran bu yüklərin öz ərazisindən keçməsi halında ciddi maliyyə qazancları əldə edə biləcəyini düşünür. Ekspertin qənaətincə, Tehran regionda Azərbaycan və Türkiyənin güclənməsini istəmir və buna mane olmağa çalışır, çünki dəhliz açılacağı təqdirdə Azərbaycanın Naxçıvanla və Türkiyə ilə birbaşa əlaqələri yaranacaq, həmçinin Türkiyənin Azərbaycan və Orta Asiya ilə əlaqələri daha da artacaq.
“İran tərəfindən gözlənilməz addımlar və təxribatlar istisna deyil”
Geosiyasi maneələr və gələcək ssenarilər barədə danışan Oqtay Qasımov bildirib ki, İranın bu cür bəyanatları ABŞ faktorunun da nəzərə alınması və öz maraqlarının qorunması məqsədi daşıyır. Onun sözlərinə görə, Tehranın mane olma cəhdləri hələlik bəyanat səviyyəsində səslənsə də, müəyyən məqamlarda gözlənilməz addımlar atıla bilər.
Politoloq sonda əlavə edib ki, proseslərin inkişafı maraqlı tərəflərin mövqeyindən asılı olacaq, lakin İran tərəfindən hansısa təxribatların baş vermə ehtimalı da diqqətdə saxlanılmalıdır.
Çimnaz Telmanqızı
23:28 / 24 Noyabr 2026
21
23:22 / 24 Noyabr 2026
16
23:15 / 24 Noyabr 2026
53
23:03 / 24 Noyabr 2026
138
23:00 / 24 Noyabr 2026
101
22:54 / 24 Noyabr 2026
376
22:44 / 24 Noyabr 2026
70
22:22 / 24 Noyabr 2026
721
22:16 / 24 Noyabr 2026
108
22:09 / 24 Noyabr 2026
97
22:07 / 24 Noyabr 2026
95
21:54 / 24 Noyabr 2026
192
21:36 / 24 Noyabr 2026
108
21:32 / 24 Noyabr 2026
216
21:26 / 24 Noyabr 2026
100
21:20 / 24 Noyabr 2026
118
21:18 / 24 Noyabr 2026
111
21:03 / 24 Noyabr 2026
225
20:59 / 24 Noyabr 2026
109
20:55 / 24 Noyabr 2026
574
20:50 / 24 Noyabr 2026
208
20:45 / 24 Noyabr 2026
105
20:40 / 24 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.