Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo
12 Oktyabr 2026, 17:24
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
372
16.09.2026, 11:59
Gürcüstanda bir neçə il əvvəl Türkiyənin birbaşa iştirakı, məsləhətləri ilə ordu sistemi yenidən qurulmağa başladı. Türkiyəli mütəxəssislər NATO proqramları çərçivəsində qonşu, dost Gürcüstanda yeni qaydalar tədbiq edirlər.
Oxu24.com xəbər verir ki. bu barədə ReAL sədri Natiq Cəfərli qeyd edib.
O bildirib ki, hazırda Gürcüstanda çağırış yaşı 18-27 yaş arası müəyyənləşib və vətəndaşa seçim imkanı verilib, xidməti ertələmək rüşvətsiz, pulsuz, adi müraciətlə mümkündür:
“Yəni vətəndaş çağırış zamanı yazılı müraciət edə bilər ki, bu il yox, məsələn, gələn il xidmətə gedəcək, bununla bağlı öhdəlik götürür.
Xidmət 3 yerə bölünüb və vətəndaş özü seçə bilər: 1) Döyüş hazırlığı bölmələrində - cəmi 6 ay xidmət; 2) Başqa nazirlik və qurumlarda (DİN, Fövqaladə Hallar və s.) – 8 ay xidmət; 3) Hansısa sahədə mütəxəssis və ya kiçik rütbəli komandırlər – 12 ay xidmət.
Hər bir əsgər ödənişlə təmin edilir: 1) 6 ay xidmət edənlər ayda 530 lari (195 dollar); 2) 8 ay xidmət edənlər 600 lari (220 dollar); 3) 12 ay xidmət edənlər 1275–1530 lari (470–560 dollar).
Əgər vətəndaş könüllü olaraq əsgərlik üçün müraciət edirsə, ödənişləri 30% artırılır.
Daha bir maraqlı yenilik – bütün əsgərlər öz evlərindən 50 km aralı xidmət edirlər. Əsgərlər həftədə 5 gün xidmət edirlər, şənbə-bazar isə öz evlərinə gedə bilərlər. Əsgərlərin xidmətdən kənar zamanlarında mobil telefon və internetdən istifadələri tam sərbəstdir. Şənbə-bazar evə getməyənlər qaldıqları hissədə idmanla məşğul ola, yemək yeyə, internetdə zaman keçirə bilərlər. Bundan başqa, hər bir əsgərin 10 günlük məzuniyyət haqqı da var.
Əsgər gedən hər bir vətəndaşın iş yeri onun üçün saxlanılır, işlədiyi orqan, müəssə, qurum, firma ona ayrıca bonus da verir.
Əsgərlər 4-8 nəfərlik “hostel” tipli yerlərdə qalırlar, yeməklərini ancaq tenderi udan kənar şirkətlər verir, yemək “İsveç stolu” stilində təqdim olunur.
Gürcüstan bu sistemə torpaqları işğal altında olduğu dövrdə keçib, 20% ərazisini Rusiya işğal edib.
Torpaqlarını qaytarmış, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ordu islahatlarını daha rahat eləmək olar, bəzi islahatlar da olub, amma onları dərinləşdirmək, orduya ayrılan xərcləri azaldaraq, daha texnoloji və vətəndaş üçün rahat xidmət sisteminə keçməliyik.
Çağırış sistemi elə Gürcüstana bənzər ola bilər, əsgərin öz evənə yaxın qulluq etməsi, müəyyən vəsait alması və bir çox başqa məsələlər həllini tapmalıdır. Bizim Qəhraman Ordumuz artıq Türkiyə (NATO) standartlarını mənimsəyib, amma məişəti, əsgərə münasibət hələ də sovetdə qalıb...”
01:20 / 13 Oktyabr 2026
70
00:44 / 13 Oktyabr 2026
373
00:38 / 13 Oktyabr 2026
148
00:35 / 13 Oktyabr 2026
405
00:33 / 13 Oktyabr 2026
96
00:13 / 13 Oktyabr 2026
120
00:08 / 13 Oktyabr 2026
233
00:07 / 13 Oktyabr 2026
183
00:05 / 13 Oktyabr 2026
131
23:56 / 12 Oktyabr 2026
103
23:49 / 12 Oktyabr 2026
189
23:46 / 12 Oktyabr 2026
892
23:32 / 12 Oktyabr 2026
138
23:25 / 12 Oktyabr 2026
116
23:17 / 12 Oktyabr 2026
146
23:16 / 12 Oktyabr 2026
120
23:14 / 12 Oktyabr 2026
200
23:04 / 12 Oktyabr 2026
92
23:04 / 12 Oktyabr 2026
1257
23:01 / 12 Oktyabr 2026
130
22:54 / 12 Oktyabr 2026
140
22:43 / 12 Oktyabr 2026
148
22:42 / 12 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.