Qaynar xətt:

(+99450) 247 90 86

23 hərbi qulluqçu cəzadan azad edilib 

news/2025_04_07/herbi_1744005197.jpg

HƏRBİ

66

17.02.2026, 18:26

Naxçıvan Muxtar Respublikasında 2025-ci il ərzində amnistiya aktının icrası çərçivəsində müvafiq dövlət qurumları tərəfindən kompleks və əlaqələndirilmiş tədbirlər həyata keçirilib.

Oxu24.com Trend-in məlumatına görə, muxtar respublikada təhqiqat və istintaq orqanları, məhkəmələr, icra məmurları, hərbi hissə komandanlıqları və cəzaçəkmə müəssisələri tərəfindən ümumilikdə 254 nəfərə amnistiya tətbiq edilib.

Amnistiya qərarına əsasən, 2025-ci il ərzində Naxçıvan Muxtar Respublikasında cəzaçəkmə müəssisələri tərəfindən 60 məhkum, icra məmurları tərəfindən 118 məhkum cəzadan azad edilib.

Həmçinin, təhqiqat və ibtidai istintaq orqanları tərəfindən 11 nəfər barəsində cinayət işi üzrə icraata xitam verilib, 23 hərbi qulluqçu hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Habelə, məhkəmələr tərəfindən 37 məhkum cəzadan və cəzasının çəkilməmiş hissəsindən azad edilib, 5 məhkumun isə cəzası 6 ay azaldılıb.