Məşhur hotel sökülür?
11 May 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1595
17.02.2026, 14:18
Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət verilib.
Oxu24.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə iclası keçirilib.
İclasda yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib.
Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.
Bəs,Adil Əliyev kimdir?
Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub.
1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib.
1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib.
1992–1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.
1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU- nun aspiranturasını bitirib və 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1994–2005-ci illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
2005-ci ildən 20 saylı Nərimanov II seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V və VI çağırış deputatı seçilib.
Milli Məclisin xarici ölkələrin parlamentləri ilə işçi qrupunun sədri və üzvü olub.
10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri seçilib.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin üzvüdür. Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvü olub.
Azərbaycan Prezidenti tərəfindən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və “İgidliyə görə” medalı ilə təltif olunub.
Ehtiyatda olan polkovnik hərbi rütbəsində olan Adil Əliyev, 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, hazırda isə “Fəxri Prezidenti”dir.
8 iyul 2024-cü ildə Adil Əliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin başçısı təyin edilib.
Rus və ingilis dillərini bilir. Ailəlidir, üç övladı var.
00:40 / 11 May 2026
220
00:29 / 11 May 2026
166
00:17 / 11 May 2026
230
23:54 / 10 May 2026
242
23:46 / 10 May 2026
231
22:48 / 10 May 2026
81
22:27 / 10 May 2026
83
22:27 / 10 May 2026
80
22:12 / 10 May 2026
87
21:24 / 10 May 2026
342
21:21 / 10 May 2026
81
21:17 / 10 May 2026
91
21:09 / 10 May 2026
91
21:01 / 10 May 2026
234
20:36 / 10 May 2026
84
20:00 / 10 May 2026
93
19:36 / 10 May 2026
99
18:54 / 10 May 2026
360
18:31 / 10 May 2026
106
17:59 / 10 May 2026
189
17:51 / 10 May 2026
109
17:49 / 10 May 2026
191
17:37 / 10 May 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.