600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq
16 Noyabr 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
783
11.09.2025, 22:14
Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Müzəffər Vəliyev vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, 20 gün əvvəl M.Vəliyevin səhhətində ciddi problemlər yaranıb. O, kəskin baş ağrılarından əziyyət çəkirmiş. Bakıda Milli Onkoloji Mərkəzində müayinə zamanı M.Vəliyevin başında şiş aşkarlanıb və əməliyyat olunub. Lakin əməliyyatdan sonra hərbçinin durumu daha da ağırlaşıb və vəfat edib.
Mərhum sentyabrın 11-də Gədəbəy rayonunun Şahdağ kəndinin qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Müzəffər Aydın oğlu Vəliyev 1986-cı il noyabrın 1-də Gədəbəyin Çobankənd kəndində anadan olub.
O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.
M.Vəliyev 44 günlük Vətən müharibəsində sürücü kimi iştirak edib və işğaldan azad olunan ərazilərə təminat çatdıran əsas sürücülərdən biri olub.
O, "Kəlbəcər azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib.
Mərhumun 3 azyaşlı övladı var.
Onun atası Aydın Vəliyev Qərb bölgəsində tanınmış aşıq olub.


00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.