Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
752
29.08.2025, 20:31
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
16 iyul 1945-ci ildə ilk nüvə sınağının keçirilməsindən sonra planetimizdə iki mindən artıq nüvə partlayışı baş verib. İlk illərdə bu sınaqların insan həyatı və ətraf mühit üçün dağıdıcı nəticələri nəzərə alınmasa da, tarix göstərdi ki, nüvə partlayışları uzunmüddətli və fəlakətli təsirlər yaradır.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 2009-cu il 2 dekabr tarixli 64/35 saylı qətnaməsi ilə 29 avqust Nüvə sınaqlarına qarşı mübarizə günü elan edilib.
Nüvə sınaqlarına tam qadağa qoymağı hədəfləyən əsas beynəlxalq sənəd 1996-cı ildə qəbul edilmiş Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilə olsa da, sənəd hələ qüvvəyə minməyib. 187 dövlət müqaviləni imzalayıb, 178-i isə ratifikasiya edib.
BMT Baş katibi "Ortaq Gələcəyimizi Qorumaq" adlı gündəliyində vurğulayıb ki, qətnamə həm nüvə silahlarının yayılmasının qarşısını almaq istiqamətində mühüm alət hesab edilir və müqaviləni hələ də ratifikasiya etməyən dövlətləri tezliklə buna nail olmağa çağırıb.
Həmçinin oxuyun
Qeyd edək ki, Fransa əsarətində saxladığı müstəmləkə ərazilərində həyata keçirilən sınaqlar da daxil olmaqla 1960-cı ildən bəri təxminən 210 nüvə sınağı həyata keçirib. Bu sınaqlar insan və ətraf mühitə güclü zərbə dalğası, istilik şüalanması və radioaktiv çirklənmə kimi dağıdıcı təsirlər göstərib. Fransanın həyata keçirdiyi nüvə sınaqları beynəlxalq ictimaiyyət və müxtəlif təşkilatlar tərəfindən bir neçə sənəd və platforma vasitəsilə qınanıb. Xüsusilə, BMT və beynəlxalq nüvə nəzarət qrupları Fransanın Polineziyadakı nüvə sınaqlarını qanunsuz hesab edib, bu sınaqların mənfi təsirlərinə görə rəsmi üzrxahlıq və təzminat tələb edib. Bu mövzu ilə bağlı müxtəlif beynəlxalq konfranslar və seminarlar da təşkil olunub, o cümlədən COP29 kimi tədbirlərdə Fransa nüvə sınaqlarının mənfi sosial və ekoloji təsirləri qınanılıb. Müstəmləkə ərazilərində yaşayan xalqlar hələ də Fransa tərəfindən mənfi təsirlərin tanınmaması və lazımi kompensasiyanın ödənilməməsi məsələsində narazılıqlarını ifadə edir. Bu sənədlər və qınamalar əsasən insan hüquqları, ekoloji mühafizə və beynəlxalq hüquq çərçivəsində aparılır.
14:50 / 13 Dekabr 2025
4
14:38 / 13 Dekabr 2025
21
14:28 / 13 Dekabr 2025
30
14:22 / 13 Dekabr 2025
31
14:12 / 13 Dekabr 2025
111
13:14 / 13 Dekabr 2025
450
13:07 / 13 Dekabr 2025
222
12:58 / 13 Dekabr 2025
128
12:16 / 13 Dekabr 2025
837
12:08 / 13 Dekabr 2025
92
11:44 / 13 Dekabr 2025
69
11:30 / 13 Dekabr 2025
78
11:09 / 13 Dekabr 2025
871
11:07 / 13 Dekabr 2025
383
10:25 / 13 Dekabr 2025
1070
09:15 / 13 Dekabr 2025
860
09:06 / 13 Dekabr 2025
600
08:45 / 13 Dekabr 2025
128
08:37 / 13 Dekabr 2025
154
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1101
00:01 / 13 Dekabr 2025
742
23:20 / 12 Dekabr 2025
669
23:12 / 12 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.