Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib
29 Noyabr 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
398
12.12.2023, 18:52
Finlandiya hakimiyyəti dekabrın 14-dən Rusiya ilə sərhəddə iki keçid məntəqəsi açacaq:
Oxu24.com xəbər verir ki,bu barədə Finlandiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
“14 dekabr Cümə axşamı günü nəqliyyat üçün açıq olacaq Vaalimaa və Niirala sərhəd keçid məntəqələri istisna olmaqla, sərhəd-keçid məntəqələri bağlı qalacaq. Hökumət miqrasiya baş verərsə, bütün şərq sərhədini yenidən bağlayacaq",-deyə məlumatda qeyd edilib.
Finlandiya Rusiya konsulluğunun ləğvi təşəbbüsünü nəzərdən keçirməkdən imtina edib
Finlandiya noyabrın 18-də “milli təhlükəsizliyin təmin edilməsi” ilə bağlı bəzi mülahizələri əsas gətirərək, Rusiya ilə sərhəddə 24 saat işləyən dörd keçid məntəqəsini bağlayıb.
Bir neçə gün sonra ölkə hakimiyyəti yalnız ən şimaldakı keçid məntəqəsini açıq buraxmaq qərarına gəlib. Daha sonra Helsinki bütün keçid məntəqələrini "daimi" bağlamaq qərarına gəldi, yalnız yüklərin daşınmasına icazə verdi. Noyabrın 30-da Finlandiya Rusiya ilə transsərhəd əməkdaşlıq sazişini ləğv edib və sərhədlərdə ikiqat maneələr quraşdırıb. Xitam qərarı 24 yanvar 2024-cü il tarixindən qüvvəyə minəcək. Bununla belə, bu gün Finlandiya mətbuatında Finlandiya hökumətinin dekabrda Rusiya ilə sərhəddə üç keçid məntəqəsi açmağı planlaşdırdığı barədə məlumatlar yayılıb.
Müəllif:Afət
12:03 / 29 Noyabr 2026
1
12:00 / 29 Noyabr 2026
16
11:33 / 29 Noyabr 2026
88
10:55 / 29 Noyabr 2026
90
10:25 / 29 Noyabr 2026
139
10:24 / 29 Noyabr 2026
314
10:00 / 29 Noyabr 2026
241
09:58 / 29 Noyabr 2026
116
09:54 / 29 Noyabr 2026
113
09:15 / 29 Noyabr 2026
134
01:31 / 29 Noyabr 2026
228
01:22 / 29 Noyabr 2026
216
00:11 / 29 Noyabr 2026
294
23:56 / 28 Noyabr 2026
613
23:47 / 28 Noyabr 2026
232
23:36 / 28 Noyabr 2026
957
23:13 / 28 Noyabr 2026
246
22:57 / 28 Noyabr 2026
251
22:29 / 28 Noyabr 2026
261
22:11 / 28 Noyabr 2026
253
22:01 / 28 Noyabr 2026
230
21:50 / 28 Noyabr 2026
349
21:34 / 28 Noyabr 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.