Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib
29 Noyabr 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
600
12.12.2023, 11:38
İranın hava hücumundan müdafiə bölmələri hava hədəflərini qorumaq üçün “hava-hava” raketi ilə silahlanmış yeni “Karrar” pilotsuz uçuş aparatları alıb.
Oxu24.com xəbər verir ki,bu barədə Tasnim agentliyi məlumat yayıb.
“Məcid” raketlərini daşıyan pilotsuz təyyarələr bazar günü hərbçilərə təhvil verilib.
Qeyd edilir ki, pilotsuz uçuş aparatları qırıcılardan istifadə etməklə müqayisədə daha ucuz qiymətə hava hədəflərini tutmağı mümkün edəcək.
“Rəsul” layihəsi çərçivəsində pilotsuz uçan aparat əsasında hava hücumundan müdafiə sisteminin yaradılması üzrə işlər aparılıb.
Məcid raketi termal və optik başlıqlardan istifadə edərək hədəfləri izləməyə və tutmağa imkan verir.
Bundan əvvəl Amerikanın “Anduril Industries” şirkəti digər dronları tuta bilən “Roadrunner” şaquli uçuş və eniş aparatını təqdim edib.
Yığcam konteynerdən buraxılan qurğu iki turboreaktiv mühərrik alıb.
Avqust ayında məlum olub ki, İran 2000 kilometrə qədər məsafə qət edə bilən yeni “Mohajer-10” pilotsuz uçuş aparatını təqdim edib. Qurğu altı silah asma nöqtəsində 300 kiloqrama qədər faydalı yük daşıya bilir.
Müəllif: Miri
12:03 / 29 Noyabr 2026
1
12:00 / 29 Noyabr 2026
16
11:33 / 29 Noyabr 2026
88
10:55 / 29 Noyabr 2026
90
10:25 / 29 Noyabr 2026
139
10:24 / 29 Noyabr 2026
314
10:00 / 29 Noyabr 2026
241
09:58 / 29 Noyabr 2026
116
09:54 / 29 Noyabr 2026
113
09:15 / 29 Noyabr 2026
134
01:31 / 29 Noyabr 2026
228
01:22 / 29 Noyabr 2026
216
00:11 / 29 Noyabr 2026
294
23:56 / 28 Noyabr 2026
613
23:47 / 28 Noyabr 2026
232
23:36 / 28 Noyabr 2026
957
23:13 / 28 Noyabr 2026
246
22:57 / 28 Noyabr 2026
251
22:29 / 28 Noyabr 2026
261
22:11 / 28 Noyabr 2026
253
22:01 / 28 Noyabr 2026
230
21:50 / 28 Noyabr 2026
349
21:34 / 28 Noyabr 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.