Qaynar xətt:

(+99450) 247 90 86

Facebook yeni qurum yaradır: Qaydaları pozanlara qarşı mübarizə aparılacaq

2018-11/1542350603_220px-mark_zuckerberg_f8_2018_keynote_cropped.jpg

DÜNYA

1072

16.11.2018, 10:42

\"\" “Facebook” onun qaydalarını pozanlara qarşı mübarizə aparmaq üçün müstəqil orqan yaratmaq niyyətindədir.
Oxu24.com-a dünya mediayasına istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mark Zukerberq öz səhifəsində bildirib. Müstəqil orqan sosial şəbəkə istifadəçilərinin şikayətlərinə baxacaq, “facebook” qaydalarını pozan yazıları kənarlaşdıracaq. Yeni qurum 2019-cu ildə yaradılacaq. Mark Zukerberq qeyd edib ki, bu orqanın məqsədi insanların səs hüququnun və təhlükəsizliyinin təminatı olacaq. “Sosial şəbəkə layihəsinin işlənməsi ilkin mərhələdədir. Müstəqil orqanda kimin təmsil olunacağı hələ məlum deyil” – deyə “facebook”un qurucusu bildirib.