Qaynar xətt:

(+99450) 247 90 86

Avropada plastik qablar qadağan edildi

2018-10/1540443375_plastik.jpg

DÜNYA

903

25.10.2018, 08:55

\"\" Avropa Parlamenti plastik qab və digər birdəfəlik əşyalardan istifadəyə tam qadağa qoyub.
Bu qadağa bütün Avropa İttifaqı ərazisində tətbiq ediləcək. Oxu24.com Oxu.Az-a istinadən xəbər verir ki, “BBC News” yeni qərarın 2021-ci ildən qüvvəyə minəcəyini yazır. Qadağa dünya okeanının kəskin çirklənməsi ilə bağlıdır. Parlament üzvlərindən biri çıxışında bildirib ki, əgər tədbir görülməsə, 2050-ci ilə qədər okeanda balıqdan çox plastik olacaq. Qeyd edilir ki, Avropa sularında hər il 150 min ton plastik aşkar edilir. Bu dünyadakı 8 milyon ton plastikin çox az bir hissəsidir. Dəniz heyvanları bu plastik zibilləri yeyir və ölür.