Bu halda şəxsin işə götürülməsi qadağan EDİLDİ - RƏSMİ QƏRAR
18 Mart 2026, 10:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9511
20.12.2025, 09:22
“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib.
Oxu24.com-un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qayda polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən büdcədənkənar vəsaitdən istifadə qaydasını müəyyən edir.
Vəsaitin polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
- polis əməkdaşlarının mükafatlandırılmasına;
- polis əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsinə;
- polis əməkdaşlarına maddi yardım göstərilməsinə.
Polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirməsi məqsədilə vəsait aşağıdakı istiqamətlərə xərclənir:
- malların (işlərin və xidmətlərin) alınmasına;
Həmçinin oxuyun
- inzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə;
- beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə;
- maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə.
Vəsaitin 50 faizi polis əməkdaşlarının mükafatlandırılmasına, polis əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsinə və polis əməkdaşlarına maddi yardım göstərilməsinə, 50 faizi isə malların (işlərin və xidmətlərin) alınmasına, inzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə, beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə və maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə ayrılır.
Verilən mükafat, maddi yardım və əlavələrin məbləğini daxili işlər naziri müəyyən edir.
Aylıq vəzifə maaşına əlavə və mükafat əməkdaşın əmək qabiliyyətini müvəqqəti itirdiyi, hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu, sərəncamda olduğu, vəzifədən kənarlaşdırıldığı, uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz və Əmək Məcəlləsinə uyğun olaraq digər ödənişsiz məzuniyyətdə olduğu günlər üçün hesablanmır.
Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
10:28 / 18 Mart 2026
1
10:25 / 18 Mart 2026
17
10:18 / 18 Mart 2026
67
10:16 / 18 Mart 2026
27
10:06 / 18 Mart 2026
374
09:47 / 18 Mart 2026
34
09:45 / 18 Mart 2026
31
09:43 / 18 Mart 2026
33
09:13 / 18 Mart 2026
40
00:29 / 18 Mart 2026
147
00:08 / 18 Mart 2026
229
23:57 / 17 Mart 2026
127
23:39 / 17 Mart 2026
421
23:25 / 17 Mart 2026
181
23:11 / 17 Mart 2026
269
22:53 / 17 Mart 2026
224
22:46 / 17 Mart 2026
376
22:40 / 17 Mart 2026
116
22:16 / 17 Mart 2026
190
22:13 / 17 Mart 2026
1280
22:08 / 17 Mart 2026
122
21:59 / 17 Mart 2026
702
21:57 / 17 Mart 2026
284
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.