Qaynar xətt:

(+99450) 247 90 86

Heyvanlar aləminin maraqlı görüntüsü - Fil balası 15 şirlə mübarizədə

2018-09/1536816601_kariega-lion-elephant.jpeg

DÜNYA

1376

13.09.2018, 09:30

Zambiyadakı "South Luangwa National Park"da ac şirlər bala filə hücum edib.
Oxu24.com -un məlumatına görə, bu hadisə ətrafda olan insanlar tərəfindən çəkilib. Videoda görünür ki, şirlər bala filə hücum etsələr də, onu parçalaya bilməyiblər. Fil əvvəlcə ona hücum edən 15 şirdən qaçmağa başlayıb. Lakin şirlərdən biri onun belinə minib. Şir nə qədər etsə də, dişləri filə bata bilməyib. Fil isə öz növbəsində şirləri dənizə doğru aparıb. Daha sonra özü onlara qəfil hücum edib. Bu dəfə az qalıb ki, şirlər filin qurbanı olsunlar.