YAP onlarla bağlı qərar verəcək
13 Fevral 2026, 17:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
492
29.12.2025, 19:16
Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.
Oxu24.com xəbər verir ki, qonağı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və rəssam Emil Əziz qarşılayıblar.
Muzeyin ziyarət edilməsi zamanı Leyla Əliyeva, ilk növbədə, Emil Əzizin hazırda muzeydə nümayiş olunan “Naxış və siluet” adlı fərdi sərgisi ilə tanış olub. Sərgi rəssamın Azərbaycan xalçaçılığının zəngin irsini, ənənəvi naxışları müasir bədii dildə yenidən təsvir etdiyi təxminən 50 əsərini birləşdirir. Qarabağ atlarının təsvirləri və siluetin hərəkəti, gücü və zərifliyi xalça motivlərinin ritmi və quruluşu ilə mükəmməl şəkildə birləşdirilən qadın portretləri əsərlərdə xüsusi yer alıb. Sərginin yanvarın 12-nə qədər davam edəcəyi qeyd edilib.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın Əməkdar rəssamı Faiq Əhmədin “Faiq Əhməd: 2011–2024-cü illər” adlı retrospektiv sərgisinə baxıb. Sərgi müəllifin yaradıcılığının əsas mərhələlərini əhatə edir və ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşmasını nümayiş etdirir. Burada klassik toxuculuq müasir bədii düşüncə, fəlsəfə və aktual vizual təcrübələrlə birləşir. Vurğulanıb ki, Faiq Əhmədin əsərləri dünyanın aparıcı muzeylərində və kolleksiyalarında geniş şəkildə təmsil olunur və beynəlxalq səviyyədə tanınır.
O, həmçinin görkəmli rəssam, alim, tədqiqatçı və Azərbaycan Milli Xalça Muzeyinin təsisçisi Lətif Kərimova həsr olunmuş sərgi ilə tanış olub. Leyla Əliyevaya məlumat verilib ki, 2026-cı ildə Azərbaycan xalçaşünaslıq elmi məktəbinin formalaşmasında və xalçanın milli mədəniyyətin həyati bir fenomeni kimi institutlaşmasında mühüm rol oynamış Lətif Kərimovun anadan olmasının 120 ili tamam olur.
Lətif Kərimov Azərbaycanın Xalq rəssamı, dövlət və beynəlxalq mükafatlar laureatı, fundamental elmi əsərlərin müəllifi, bir çoxu milli incəsənətdə əfsanəvi olan unikal xalça kompozisiyaları və dizaynlarının yaradıcısıdır. Leyla Əliyeva Lətif Kərimovun müəllifi olduğu xalçalarla, onun orijinal eskizləri ilə, eləcə də arxiv materialları ilə tanış olub.
Bundan əlavə, Leyla Əliyeva muzeyin III mərtəbəsində yenilənmiş sərgi ilə tanış olub, burada müasir müəllif xalçaları və dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunur. Sərgidə iştirak edən rəssamlar arasında Eldar Mikayılzadə, Eldar Hacıyev, Samirə Allahverdiyeva, Çingiz Babayev, Tariel Bəşirov, Ali Pariyab və müasir Azərbaycan xalçaçılığının digər ustaları var.
Həmçinin oxuyun
Üçüncü mərtəbədəki yenilənmiş sərgidə əvvəllər nümayiş olunmamış əsərlər də təqdim olunur. Unikal xalça nümunələri ilə yanaşı, burada 1970-ci və 1980-ci illərin keramika, ağacoyma, batik, qobelen, bədii şüşə və digər dekorativ-tətbiqi sənət sahələrində nadir əsərlər də nümayiş olunur.
Leyla Əliyevanın bu mədəniyyət ocağını ziyarət etməsi Azərbaycan Milli Xalça Muzeyinin milli xalça sənətinin qorunması, öyrənilməsi və təbliğində, eləcə də tarixi irsi müasir bədii proseslərlə birləşdirən bir mərkəz kimi mühüm rolunu nümayiş etdirir.
17:14 / 13 Fevral 2026
1
16:59 / 13 Fevral 2026
31
16:54 / 13 Fevral 2026
24
16:42 / 13 Fevral 2026
385
16:39 / 13 Fevral 2026
36
16:25 / 13 Fevral 2026
53
16:20 / 13 Fevral 2026
39
16:18 / 13 Fevral 2026
44
16:12 / 13 Fevral 2026
33
16:06 / 13 Fevral 2026
47
16:03 / 13 Fevral 2026
58
15:59 / 13 Fevral 2026
59
15:58 / 13 Fevral 2026
47
15:42 / 13 Fevral 2026
473
15:26 / 13 Fevral 2026
452
15:25 / 13 Fevral 2026
58
15:22 / 13 Fevral 2026
56
15:16 / 13 Fevral 2026
77
15:11 / 13 Fevral 2026
379
15:03 / 13 Fevral 2026
202
14:56 / 13 Fevral 2026
111
14:28 / 13 Fevral 2026
3925
14:09 / 13 Fevral 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.