“İran qalib olacaq, yoxsa, ABŞ-İsrail tərəfi?”- Siyasətçidən şərh
12 Mart 2026, 14:09
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
722
29.12.2025, 17:00
Qlobal biznes dünyasının ən nüfuzlu tribunalarından olan “Forbes Middle East” jurnalı bu dəfə diqqətini Azərbaycanın sürətlə dəyişən iqtisadi mənzərəsinə yönəldib. Bir ekosisteminin baş icraçı direktoru, Kapital Bank-ın Müşahidə Şurasının sədri Fərid Məmmədov nüfuzlu nəşrdə dərc olunan məqaləsində Azərbaycanın qeyri-neft sektorunun yüksəlişi və ölkənin regional innovasiya habına çevrilməsi vizyonunu təqdim edib. Məqalə sadəcə bir iqtisadi təhlil deyil, eyni zamanda Azərbaycanın qlobal rəqəmsal arenadakı yeni yerinin manifesti xarakteri daşıyır.
Yazıda Fərid Məmmədov ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda maliyyə texnologiyalarının oynadığı həlledici rolu xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycan artıq resurs əsaslı iqtisadiyyatdan, bilik və texnologiya əsaslı yeni bir eraya keçid edir. Bu transformasiyanın dəstəkçilərindən biri də insanların həyat tərzini kökündən dəyişən, bankçılıq və gündəlik xidmətləri vahid çətir altında birləşdirən Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemidir. Müəllif məqaləsində rəqəmsal həllərin sadəcə biznes proseslərini deyil, cəmiyyətin maliyyə vərdişlərini necə müsbətə doğru dəyişdiyini qlobal auditoriyanın diqqətinə çatdırır.
Məqalənin ən yaddaqalan məqamlarından biri Fərid Məmmədovun gələcək vizyonu ilə bağlıdır: “Bizim hədəfimiz rəqəmsal xidmətlər təklif etməklə yanaşı, sərhədləri aşan və qlobal bazarlara inteqrasiya edə bilən dayanıqlı texnoloji infrastruktur qurmaqdır. Bu gün Azərbaycan regionda rəqəmsal inkişafın əsas liderlərindən biri kimi çıxış edir və innovasiya ixrac edən ölkəyə çevrilmək yolundadır”. Qeyd edək ki, Forbes nəşrində yer alan bu fikirlər Azərbaycanın investisiya cəlbediciliyini və texnoloji potensialını beynəlxalq işgüzar dairələrə çatdırmaq baxımından strateji əhəmiyyət daşıyır.
Həmçinin oxuyun
Məqaləni oxumaq üçün link: http://www.b-b.az/frbs
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
13:25 / 26 Mart 2026
4
13:22 / 26 Mart 2026
10
12:59 / 26 Mart 2026
135
12:43 / 26 Mart 2026
56
12:38 / 26 Mart 2026
258
12:19 / 26 Mart 2026
197
12:18 / 26 Mart 2026
61
12:17 / 26 Mart 2026
43
12:10 / 26 Mart 2026
48
12:03 / 26 Mart 2026
59
11:57 / 26 Mart 2026
197
11:45 / 26 Mart 2026
1337
11:39 / 26 Mart 2026
62
11:37 / 26 Mart 2026
76
11:25 / 26 Mart 2026
130
11:16 / 26 Mart 2026
206
11:12 / 26 Mart 2026
71
11:06 / 26 Mart 2026
101
10:58 / 26 Mart 2026
155
10:56 / 26 Mart 2026
65
10:48 / 26 Mart 2026
71
10:44 / 26 Mart 2026
151
10:32 / 26 Mart 2026
780
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.