Suriya ordusu Həsəkəyə daxil oldu
02 Fevral 2026, 19:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1035
24.01.2020, 19:39
Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusdan ölənlərin sayı 26 nəfərə çatıb.
Oxu24.com xəbər verir ki, 830 nəfərin yoluxduğu virus sürətlə yayılmaqdadır. Vuhan şəhərində xəstəxanalarda yer olmadığı üçün səyyar xəstəxanalar qurulub. Ümumlikdə hökumət Çinin 9 şəhərində qarantin elan edib.
Ölümcül virusa Honq-Konq, Makao, ABŞ, Yaponiya, Cənubi Koreya, Tayland və Sinqapurda rast gəlinib.
Ümumdünya Səhiyyə Təşkilatı virusun digər ölkələrdə də yayıla biləcəyini açıqlayıb.
Koronavirusun əlamətləri
“2019-nCoV” olaraq adlandırılan virusun insandan insana keçdiyi bildirilir.
Koronavirusun simptomları bunlardır: burun axması, öskürək, boğaz və baş ağrısı, yüksək hərarət, immunitet sisteminin zəifləməsi.
Yaşlı və çox gənc insanlar üçün virusun pnevmoniya və bronxit kimi ciddi tənəffüs xəstəliklərinə səbəb olma ehtimalı var.
Həmçinin oxuyun
Koronavirusun müalicəsi
Koronavirusu üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə keçir. Həkimlər ağrıkəsici dərmanlar və antipiretik maddələr təyin edir, simptomları aradan qaldırmaq üçün simptomatik müalicə təyin edirlər.
Həkimlər otaq nəmləndiricisi və isti duşun boğaz ağrısı və öskürək üçün yaxşı olacağını söyləyirlər. Xəstələnən insanlara çoxlu maye içmək, istirahət etmək və mümkün qədər yatmaq lazımdır.




19:13 / 02 Fevral 2026
1
19:05 / 02 Fevral 2026
33
18:37 / 02 Fevral 2026
42
18:36 / 02 Fevral 2026
46
18:32 / 02 Fevral 2026
45
18:15 / 02 Fevral 2026
68
18:01 / 02 Fevral 2026
402
17:53 / 02 Fevral 2026
72
17:44 / 02 Fevral 2026
1147
17:37 / 02 Fevral 2026
60
17:37 / 02 Fevral 2026
62
17:36 / 02 Fevral 2026
52
17:33 / 02 Fevral 2026
72
17:27 / 02 Fevral 2026
73
17:23 / 02 Fevral 2026
52
17:20 / 02 Fevral 2026
63
17:09 / 02 Fevral 2026
70
17:08 / 02 Fevral 2026
80
17:00 / 02 Fevral 2026
94
16:44 / 02 Fevral 2026
682
16:41 / 02 Fevral 2026
65
16:33 / 02 Fevral 2026
627
16:27 / 02 Fevral 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.