Sabah Azərbaycanda hava necə olacaq?
20 Noyabr 2026, 12:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
94
20.11.2026, 12:47
“Azərbaycanda pensiyaçıların sayının azalması ilk baxışdan pensiya sistemində müəyyən dəyişikliklərin, o cümlədən pensiya yaşının aşağı salınması məsələsinin gündəmə gətirilməsinə əsas yarada bilər. Lakin bu göstəriciyə əsaslanaraq pensiya yaşının azladılması elmi cəhətdən doğru sayılmır. Çünki pensiya siyasəti bir sıra amillər – ölkənin demoqrafik inkişafı, iqtisadi imkanları və sosial müdafiə sisteminin uzunmüddətli dayanıqlılığı nəzərə alınmaqla formalaşdırılmalıdır”.
Oxu24.com xəbər verir ki,bu fikirləri AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasın da səsləndirib.
“Pensiyaçıların sayının azalması pensiya sisteminin maliyyə imkanlarının yaxşılaşması demək deyil. Sistemin real vəziyyətini qiymətləndirmək üçün işləyən əhalinin sayı, sosial sığorta haqlarının həcmi, əmək bazarındakı vəziyyət, əhalinin yaş strukturu, eləcə də Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri kompleks şəkildə təhlil edilməlidir.
Məsələn, pensiyaçıların sayının azalması vəfat edən şəxslərin sayının yeni pensiya təyin olunan şəxslərin sayından çox olması ilə əlaqədar ola bilər. Eyni zamanda, pensiya hüququnun yaranması üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər də bu prosesə təsir göstərir. Buna görə də yalnız pensiyaçıların ümumi sayındakı dəyişiklik əsasında pensiya sisteminin vəziyyəti və gələcək perspektivləri barədə qəti qənaətə gəlmək mümkün deyil.
Digər tərəfdən, Azərbaycanın demoqrafik perspektivləri də diqqətdə saxlanılmalıdır. Əhalinin yaşlanması, yaşlı insanların ümumi əhali arasında xüsusi çəkisinin artması və əmək qabiliyyətli əhalinin payının dəyişməsi uzunmüddətli perspektivdə pensiya sisteminin üzərinə əlavə maliyyə yükü yarada bilər. Bu baxımdan, hazırda pensiyaçıların sayında müşahidə olunan azalma pensiya yaşının aşağı salınması üçün kifayət qədər əsas sayıla bilməz”.
Rəsmiyyə Sabir qeyd edib ki, Azərbaycanda pensiya yaşı son illərdə mərhələli şəkildə artırılıb.
“Qadınlar üçün pensiya yaşının hər il altı ay artırılması prosesi 2026-cı il iyulun 1-dən etibarən 65 yaş həddinə çatmaqla başa çatıb. Beləliklə, hazırda həm kişilər, həm də qadınlar üçün ümumi pensiya yaşı 65 müəyyən edilib. Bu dəyişikliklər fonunda cəmiyyətdə, xüsusilə qadınlar arasında pensiya yaşının azaldılması ilə bağlı gözləntilərin və müzakirələrin olması da təbiidir. İnsanların daha erkən yaşda pensiyaya çıxmaq, əmək fəaliyyətindən sonra daha uzun müddət istirahət etmək və sosial təminat əldə etmək istəyi sosial baxımdan anlaşılandır. Bununla belə, ictimai gözləntilərlə pensiya sisteminin iqtisadi imkanları arasında tarazlıq qorunmalıdır”.
Professorun fikrincə, Azərbaycanda pensiya yaşının kifayət qədər yüksək olması, eləcə də doğulanda gözlənilən ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərq bu məsələnin müzakirəsində nəzərə alınmalı olan amillərdəndir.
“ Bu göstəricinin digər ölkələrlə müqayisəsi zamanı yalnız pensiya yaşına deyil, həm də doğulanda gözlənilən ömür uzunluğuna, sağlam ömür müddətinə və insanların faktiki olaraq neçə il pensiya ala bilməsinə diqqət yetirilməlidir.
Pensiya siyasətində əsas məqsəd pensiya yaşını mexaniki şəkildə artırmaq və ya azaltmaq deyil, sistemin həm mövcud, həm də gələcək nəsillər üçün dayanıqlı olmasını təmin etməkdir. Bunun üçün qeyri-formal məşğulluğun azaldılması, sosial sığorta haqqı ödəyənlərin sayının artırılması, qadınların və gənclərin əmək bazarında iştirakının genişləndirilməsi kimi istiqamətlərə xüsusi diqqət yetirilməlidir”.
13:00 / 20 Noyabr 2026
13
12:52 / 20 Noyabr 2026
35
12:50 / 20 Noyabr 2026
33
12:48 / 20 Noyabr 2026
45
12:37 / 20 Noyabr 2026
55
12:30 / 20 Noyabr 2026
53
12:23 / 20 Noyabr 2026
171
12:11 / 20 Noyabr 2026
65
11:43 / 20 Noyabr 2026
90
11:42 / 20 Noyabr 2026
180
11:36 / 20 Noyabr 2026
85
11:20 / 20 Noyabr 2026
114
11:05 / 20 Noyabr 2026
13
11:05 / 20 Noyabr 2026
88
11:03 / 20 Noyabr 2026
105
11:01 / 20 Noyabr 2026
106
10:49 / 20 Noyabr 2026
135
10:40 / 20 Noyabr 2026
102
10:20 / 20 Noyabr 2026
109
10:20 / 20 Noyabr 2026
105
10:16 / 20 Noyabr 2026
125
10:10 / 20 Noyabr 2026
184
10:10 / 20 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.