Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstanda matəm elan olunub

Gürcüstanda matəm elan olunub

DÜNYA

51

20.11.2026, 11:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həyatını itirməsi ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm günü elan edilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, matəm günündə həlak olanların xatirəsini anmaq məqsədilə Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, hadisə zamanı 4 nəfər xəsarət alıb. Dağıntılar altında qalan 7 nəfərdən yalnız biri — üç yaşlı uşaq sağ çıxarılıb. Ölənlərin 3-ü qadın, 1-i kişi, 2-si isə uşaqdır.