Ulduz falı: 20 noyabr, 2026-cı il
19 Noyabr 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
42
19.11.2026, 23:55
Bahadur xan Mallaçixanov 1882-ci ildə Dağıstanda, Aşilta kəndində doğulub.Milliyətcə avardır. Mühəndis təhsili alib.1917-ci ildə Bakıda Avar Cəmiyyətinin sədri olub.
Rusiyada Fevral inqilabından sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak edib.1 may 1917-ci ildə Birinci Dağlı Qurultayında Dağıstan vilayətindən Rəyasət Heyətinə üzvlüyə ikinci namizəd seçilib.
11 may 1918-ci ildə Şimali Qafqaz və Dağıstan Dağlı Xalqları İttifaqının sabiq rəhbərləri Şimali Qafqaz Dağlılar Respublikasının müstəqilliyini elan etdilər.
24 may 1918-ci ildə Şimali Qafqaz Dağlılar Respublikasının Tapa Çermoyevin rəhbərliyi ilə ilk hökuməti elan olundu.Gəncədə qurulan hökumət əvvəl Dərbəndə, sonra Teymurxan-Şuraya köçdü.15 dekabr 1918-ci ildə Dağlılar Respublikasının parlamentinin qurulması qərara alındı və mövcud hökumət istefa verdi.17 dekabr 1918-ci ildə Pşemaxo Kotsev yeni koalisyon hökumət qurdu və Bahadur xan Mallaçixanov bu hökumətdə ticarət, sənaye və ərzaq naziri vəzifəsinə təyin olundu.
Denikin ordusunun Çeçenistanın böyük hissəsini işğal etməsi Dağlı Respublikasında hökumət böhran yaratdı.Pşemaxo Kotsevin və hərbi nazir N.Tarkovskinin passivliyini tənqid edən hökumət üzvləri Rəşid xan Qaplanov, V.Cabagiyev və Nurməmməd bəy Şahsuvarov istefa verərək, yeni hökumət qurulmasını istədilər.23 martda Pşemaxo Kotsevin hökuməti istefa verdi. Parlament hökumətin təşkilini yenə Pşemaxo Kotsevə həvlə etdi.Yeni hökumət 26 mart 1919-cu ildə parlamentə təqdim olundu və təsdiqləndi.Mallaçixanov bu dəfə kabinetdə yer almadı.23 may 1919-cu ildə parlamentin son iclası keçirildi və parlamentin fəaliyyəti sona çatdı.
Bahadur xan Mollaçixanov bir müddət Dağlılar Respublikasının Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliyinin rəhbərinin vəzifələrini icra edib. O, həmçinin, bir müddət İttifaqın maliyyə nazirinin səlahiyyətlərini icra edib.
1920-ci ilin əvvəllərində Zaqatala quberniyasının ali hakimiyyət rəhbərliyində dəyişiklik oldu:hökumətin 16 yanvar tarixli qərarı ilə Məhəmməd bəy Şahmalıyev vəzifəsindən azad olundu və onun yerinə Bahadur xan Mallaçixanov təyin edildi.
O, 1941-ci il iyulun 28-də Moskvada vəfat edib...
Namiq Həsənov
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.