Qaynar xətt:

(+99450) 247 90 86

Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı 

Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı 

KRİMİNAL

62

20.11.2026, 10:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Sabunçu rayonunda həkimin sürücüsü ilə cangüdəni arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.

Oxu24.com  “Teleqraf”a istinadən  xəbər verir ki, hadisə Bilgəh qəsəbəsinin Mirqasımov küçəsində yerləşən villada qeydə alınıb.

Məlumata görə, həkimin sürücüsü işləyən, 1952-ci il təvəllüdlü Həsənağa Mahmudağa oğlu Həsənov həkimi evə apararkən avtomobildə onun cangüdəni ilə mübahisə edib.

Mübahisə daha sonra villada əlbəyaxa davaya çevrilib. Nəticədə 74 yaşlı sürücü bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Tərəflər arasında münaqişənin onlar evdə sərxoş vəziyyətdə olarkən baş verdiyi bildirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.