Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ İran qüvvələrinə ZƏRBƏ ENDİRİB

ABŞ İran qüvvələrinə ZƏRBƏ ENDİRİB

DÜNYA

2708

07.11.2026, 09:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ ordusu İranın hava hücumundan müdafiə sistemlərini məhv etmək məqsədilə raket zərbələri endirib.

Oxu24.com  xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Floridada jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, İranın qurduğu hava hücumundan müdafiə vasitələri 5-15 dəqiqə ərzində sıradan çıxarılıb.

Tramp zərbələrin nə vaxt endirildiyi barədə əlavə məlumat verməyib.

İranın Qeşm adası və Hörmüz boğazına yaxın Bəndər Hamir şəhəri yaxınlığında artlayış səsləri eşidilib.

Bu barədə İran mediası mənbələrə istinadən məlumat yayıb.

Partlayışların mənbəyi göstərilməyib, lakin bunun İranın Silahlı Qüvvələri tərəfindən alternativ cənub marşrutu ilə Hörmüz boğazından keçməyə çalışan gəmilərə qarşı xəbərdarlıq atəşi ola biləcəyi ehtimal edilir.

Məlumatda həmçinin Qeşm adası sakinlərinin döyüş təyyarəsinin səsini eşitdiyi və adaya raketə bənzər iki obyektin düşdüyü bildirilib.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.