Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
07 Noyabr 2026, 14:18
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
119
07.11.2026, 12:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib.
Oxu24.com xəbər verir ki, “Komfy” MMC-nin direktoru Fuad Nəcəfov müəssisə barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirilib ki, “Komfy” MMC-yə 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin illik istehsal gücü 130 min ədəd döşəkdir. Burada müxtəlif ölçüyə, konstruksiyaya və sərtlik dərəcəsinə malik döşəklərlə yanaşı, bonel və paket yay sistemləri də istehsal olunacaq. Müəssisədə Azərbaycanda ilk dəfə “roll-pack” formatında, yəni sıxılaraq rulon şəklində qablaşdırılan döşəklər istehsal ediləcək. Bu, daşınma xərclərini azaltmaqla ixrac imkanlarını genişləndirəcək. Beləliklə də məhsulların daxili bazarla yanaşı, digər ölkələrə satışı nəzərdə tutulur.
Müəssisə yerli və xarici hotellərin tələblərinə uyğun döşəklər də istehsal edəcək. Burada 65 nəfər daimi işlə təmin ediləcək. Ümumi dəyəri 2,5 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) dövlət zəmanəti ilə 700 min manat kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 114 min manat dəyərində əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2021-ci ildə yaradılmış Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Burada 37 rezident və 2 qeyri-rezident olmaqla, ümumilikdə 39 müəssisə qeydiyyata alınıb. Layihələrin ümumi dəyəri 375,5 milyon manat, faktiki yatırılmış investisiyanın məbləği 192,6 milyon manatdır. Layihələr üzrə hazırda 1000-dən çox insan işlə təmin olunub. Rezidentlərin ümumi satış həcmi 2,96 milyard manata, ixracın həcmi isə 132,6 milyon manata çatıb.





Həmçinin oxuyun
15:23 / 07 Noyabr 2026
156
15:17 / 07 Noyabr 2026
52
15:02 / 07 Noyabr 2026
146
14:52 / 07 Noyabr 2026
401
14:47 / 07 Noyabr 2026
105
14:41 / 07 Noyabr 2026
170
14:36 / 07 Noyabr 2026
88
14:18 / 07 Noyabr 2026
146
13:57 / 07 Noyabr 2026
373
13:41 / 07 Noyabr 2026
830
13:27 / 07 Noyabr 2026
351
13:12 / 07 Noyabr 2026
115
13:03 / 07 Noyabr 2026
404
12:45 / 07 Noyabr 2026
128
12:45 / 07 Noyabr 2026
152
12:36 / 07 Noyabr 2026
340
12:23 / 07 Noyabr 2026
128
12:16 / 07 Noyabr 2026
723
11:58 / 07 Noyabr 2026
342
11:53 / 07 Noyabr 2026
510
11:45 / 07 Noyabr 2026
143
11:35 / 07 Noyabr 2026
150
11:21 / 07 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.