Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün general olan hərbçilər kimlərdir? - Foto 

Bu gün general olan hərbçilər kimlərdir? - Foto 

CƏMİYYƏT

150

07.11.2026, 15:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Oxu24.com-un  məlumatına görə, Sərəncamla “general-leytenant” hərbi rütbəsi verilən Zaur Zeynalabdul oğlu Rüstəmov nazirliyin Hərbi Hava Qüvvələrinin komandanının müavini - Hava Döyüş komandiridir.

“General-mayor” hərbi rütbəsi verilən polkovnik Elnur Əli oğlu Ələsgərli​ Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitutunun rektorudur.

“General-mayor” hərbi rütbəsinə layiq görülən digər hərbçi Hikmət Rövşən oğlu Əliyev Hərbi Hava Qüvvələrində rəhbər vəzifələrdən birini tutur.

Yüksək rütbə verilən polkovnik Telman Əsgər oğlu Hüseynov isə Vətən Müharibəsi Qəhrəmanıdır. O, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini vəzifəsində çalışır.