Bu gün general olan hərbçilər kimlərdir? - Foto
07 Noyabr 2026, 15:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
360
07.11.2026, 13:27
Azərbaycanda gələn il növbəti, sayca 6-cı sosial islahat paketinin icrası planlaşdırılır. Yeni paket çərçivəsində sosial ödənişlərin artırılması, o cümlədən uşağın doğulmasına görə verilən müavinətin məbləğinin yüksəldilməsi gözlənilir.
Altıncı sosial islahat paketi çərçivəsində hansı ödənişlərin artırılması gözlənilir?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov deyib ki, 2018-ci ildən başlayaraq Azərbaycanda beş genişmiqyaslı sosial islahat paketi həyata keçirilib:
“Bu paketlər çərçivəsində minimum əməkhaqqı, pensiyalar, müavinətlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Gələn ildən minimum əməkhaqqının, əmək pensiyalarının, müavinətlərin və digər sosial ödənişlərin artırılması gözlənilir.
Uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin 600 manatdan 1500 manata, üç yaşınadək uşağa qulluğa görə aylıq müavinətin 37,58 manatdan 100 manata çatdırılması xəbəri artıq yayılıb. Həmçinin dəfn üçün verilən müavinətlərin də artırılması bura daxildir.
Əmək pensiyalarının da gələn il indeksləşdirilməsi nəzərdə tutulur. İlkin büdcə proqnozlarında pensiyaların 7,5 faiz artırılması götürülüb”.
Azər Badamovun sözlərinə görə, yekun artım əmsalı qanunvericiliyə uyğun olaraq müvafiq iqtisadi göstəricilər əsasında müəyyənləşdiriləcək:
“Hesab edirəm ki, altıncı sosial islahat paketinin əhəmiyyəti yalnız əməkhaqqı və pensiyaların artırılması ilə məhdudlaşmır. Burada əsas məqsəd əhalinin həssas qruplarının sosial müdafiəsini gücləndirmək, uşaqlı ailələrə dövlət dəstəyini artırmaq, aztəminatlı vətəndaşların rifahını yaxşılaşdırmaqdır.
Xüsusilə uşağın doğulmasına və ona qulluq edilməsinə görə müavinətlərin artırılması ailə institutunun və ana-uşaq müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ümumilikdə, altıncı sosial islahat paketi dövlətin iqtisadi inkişafın nəticələrini əhalinin sosial rifahına yönəltmək siyasətinin davamıdır. Bu, bir daha göstərir ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindən biri insan amili, vətəndaşların rifahı və sosial müdafiəsinin davamlı şəkildə gücləndirilməsidir”.
Həmçinin oxuyun
15:23 / 07 Noyabr 2026
156
15:17 / 07 Noyabr 2026
52
15:02 / 07 Noyabr 2026
146
14:52 / 07 Noyabr 2026
401
14:47 / 07 Noyabr 2026
105
14:41 / 07 Noyabr 2026
170
14:36 / 07 Noyabr 2026
88
14:18 / 07 Noyabr 2026
146
13:57 / 07 Noyabr 2026
373
13:41 / 07 Noyabr 2026
830
13:12 / 07 Noyabr 2026
115
13:03 / 07 Noyabr 2026
404
12:49 / 07 Noyabr 2026
117
12:45 / 07 Noyabr 2026
128
12:45 / 07 Noyabr 2026
152
12:36 / 07 Noyabr 2026
340
12:23 / 07 Noyabr 2026
128
12:16 / 07 Noyabr 2026
723
11:58 / 07 Noyabr 2026
342
11:53 / 07 Noyabr 2026
510
11:45 / 07 Noyabr 2026
143
11:35 / 07 Noyabr 2026
150
11:21 / 07 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.