Qaynar xətt:

(+99450) 247 90 86

Almaniyada sovet əsgərlərinin abidəsi dağıdılıb

Almaniyada sovet əsgərlərinin abidəsi dağıdılıb

DÜNYA

42

06.11.2026, 23:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyanın Angermünde şəhərində (Brandenburq, Uckermark rayonu) naməlum şəxslər Sovet müharibəsi abidəsinə zərər vurublar.

Oxu24.com xəbər verir ki,bu barədə şəhər administrasiyası məlumat verib.

Hakimiyyət orqanlarının məlumatına görə, cümə axşamı gecəsi hücum edənlər Sülh Parkındakı abidənin Sovet ulduzu olan yuxarı hissəsini zorla çıxarıblar. Abidə  iki  hissəyə  parçalanıb.

Şəhər administrasiyası vandalizm aktını qətiyyətlə pisləyib. Dəyən ziyanın dəqiq miqdarı müəyyən edilir, cinayət işi açılıb. 

Abidə 1946-1947-ci illərdə 36 Sovet əsgəri və mülki şəxsin dəfn olunduğu yerdə ucaldılıb və dövlət tərəfindən irs abidəsi kimi qorunur.

Nigar