Qaynar xətt:

(+99450) 247 90 86

İstirahət üçün getdikləri Kapadokiyada həlak oldular - Yenicə evlənibmişlər 

İstirahət üçün getdikləri Kapadokiyada həlak oldular - Yenicə evlənibmişlər 

DÜNYA

107

30.10.2026, 14:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, ötən gün Nevşehirin Kapadokiya bölgəsində yerləşən Göreme Açıq Hava Muzeyinin girişində “Pəri bacası”nın uçması nəticəsində 3 nəfər həlak olub.

Oxu24.com-un  məlumatına görə, onlardan ikisi türkiyəli, digəri isə Fransa vətəndaşıdır.

Uçqun zamanı ölən jurnalist 31 yaşlı Fatih Eray Tuna və Begüm Çetinkaya Tuna evli olublar. Bildirilir ki, cütlük istirahət məqsədilə “Pəri bacası”na gedib.

Onlar bu ilin iyul ayında ailə həyatı qurubmuşlar.

Qeyd edək ki, hadisə nəticəsində 3 fransız və 2 türkəsilli şəxs xəsarət alıb. Onların müalicəsi xəstəxanada davam etdirilir.