Qaynar xətt:

(+99450) 247 90 86

Tramp Ərdoğana zəng etdi

Tramp Ərdoğana zəng etdi

DÜNYA

71

29.10.2026, 22:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Oxu24.com xəbər verir  ki, bu barədə  Prezident Aparatının Kommunikasiya İdarəsinin sosial media hesabında bu məsələ ilə bağlı verilən açıqlamada aşağıdakı məlumatlar paylaşılıb:

"Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp 29 Oktyabr Respublika Günü münasibətilə liderlərin qatıldığı şam yeməyi zamanı Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı ilə bağlı Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana zəng etdi. Prezidentimiz şam yeməyində iştirak edən liderlərin salamlarını ABŞ Prezidentinə çatdırdı. Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Toplantısının Ankarada keçiriləcəyini və bu görüşdə 200 milyondan çox əhalisi olan Orta Asiyada sabitlik və təhlükəsizlik mənbəyinə çevrilən Təşkilatımızın irəliləməsi üçün qərarlar qəbul ediləcəyini bildirdi. ABŞ Prezidenti Tramp həmçinin Prezidentimizə Türk Dövlətləri Təşkilatının Liderlər Zirvə Toplantısı münasibətilə ən xoş arzularını çatdırdı."

Jalə