Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya helikoperlərini yeniləyir

Rusiya helikoperlərini yeniləyir

DÜNYA

68

28.10.2026, 20:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Müdafiə Nazirliyinin (MN) məlumatına görə, Rusiya Aerokosmik Qüvvələrinin (VKS) Ordu Aviasiya helikopter donanması yeni Ka-52 hücum helikopterləri və Mi-26 nəqliyyat helikopterləri ilə aktiv şəkildə yenilənir.

Oxu24.com xəbər verir ki,1948-ci ildə meydana çıxan Mi-1 helikopterləri ilə ilk eskadrilyanın formalaşdırılması Rusiya Ordu Aviasiyasının başlanğıcı hesab olunur.

Bu gün helikopterlər Hava Hücumundan Müdafiə Qüvvələrində (HHQ) fəal şəkildə istifadə olunur. Bəyanatda vurğulanır ki, Ordu Aviasiyasının dronlar da daxil olmaqla müxtəlif hədəfləri məhv etməkdə yüksək effektivliyi sübut olunub.

Bəyanatda deyilir: "Vertolyot donanması aktiv şəkildə yenilənir, aviasiya bölmələri müasir Ka-52M və Mi-28NM helikopterləri, dünyanın ən böyük seriyalı nəqliyyat helikopteri olan Mi-26T2V və Mi-8-in müxtəlif modifikasiyalarını alır".

Jalə