Qaynar xətt:

(+99450) 247 90 86

Yunanıstanı sel apardı

Yunanıstanı sel apardı

DÜNYA

56

28.10.2026, 20:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yunanıstanda yağan güclü yağışlar bəzi ərazilərdə torpaq sürüşmələrinə və daşqınlara səbəb olub və Salonika bölgəsinin sakinlərinə təcili xəbərdarlıq edilib.

Oxu24.com xəbər verir  ki,Yunanıstan mediasının məlumatına görə, Yunanıstanın mərkəzindəki Ftiotis bölgəsində baş verən torpaq sürüşmələri güclü yağışlardan sonra nəqliyyatın hərəkətini pozub.

Dilofo və Perivoli yaşayış məntəqələrini birləşdirən yola yamaclardan düşən böyük qayalar yolun bir hissəsini nəqliyyatın hərəkəti üçün bağlayıb.

Polis qrupları nəqliyyat axınını idarə edərkən ağır texnikadan istifadə edərək qayaların çıxarılması üçün işlərə başlanılıb.

Hakimiyyət orqanları yağışlar səbəbindən torpağın su ilə doymasının daha çox torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Salonika bölgəsindəki Pelion yarımadasında güclü yağışlar səbəbindən üç çay daşıb və Platanias yaşayış məntəqəsindəki yollar su altında qalıb.

Yunanıstanın Mülki Müdafiə Baş Katibliyi 112 Təcili Yardım Sistemi vasitəsilə sakinlərə daşqın riski səbəbindən binalarının yuxarı mərtəbələrinə köçmələri barədə mesaj göndərib.

Sel suları zibil qablarını, ağac gövdələrini və müxtəlif digər materialları apararaq ərazidə nəqliyyatın hərəkətini pozub.

Əlverişsiz hava şəraiti səbəbindən bəzi bölgələrdə 28 oktyabr milli bayramı üçün planlaşdırılan tələbə paradları ləğv edildi və Sporades adalarına gedən bəzi bərə xidmətləri də dayandırıldı.

Yunanıstan Meteorologiya İdarəsi bəzi ərazilərdə gecəyə qədər güclü yağış və fırtınaların davam edəcəyi barədə xəbərdarlıq etdi.

Nigar