İspaniyada qatar qəzasında ölənlərin sayı 46 nəfər oldu
28 Oktyabr 2026, 14:07
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
62
28.10.2026, 09:01
ABŞ Prezidenti Donald Trampın müvafiq əmr verəcəyi təqdirdə Amerika Silahlı Qüvvələri 96 saat ərzində İrana qarşı yeni və genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər.
CNN telekanalının məlumatına görə, bu barədə iki amerikalı rəsmi bildirib.
Mənbələrin sözlərinə əsasən, ABŞ artıq mümkün hücumları həyata keçirmək üçün Yaxın Şərq regionunda kifayət qədər hərbi qüvvə yerləşdirib.
Bildirilir ki, planlaşdırılan əməliyyatların miqyası əvvəlki məhdud zərbələrdən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Belə ki, ABŞ ordusu bu dəfə yalnız İranın radar sistemlərini, raket buraxılış qurğularını və qısa müddətdə bərpa oluna bilən digər hərbi obyektlərini hədəfə almaqla kifayətlənməyə bilər.
“Bu, böyük əməliyyat olacaq”, – deyə amerikalı rəsmilərdən biri CNN-ə bildirib.
Məlumata görə, hazırkı və keçmiş ABŞ rəsmilərinin bir qismi Trampın hərbi əməliyyatlara başlamaq barədə əmr verməsini yalnız zaman məsələsi hesab edir.
Onların fikrincə, belə bir qərar ilin sonunadək istənilən vaxt verilə bilər. Bununla belə, mümkün əməliyyatların ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra başlanacağı ehtimal edilir.
CNN qeyd edir ki, İran hərbçiləri artıq ABŞ ordusunun istifadə etdiyi taktiki üsullarla daha yaxından tanışdırlar. Bu isə Amerika qüvvələrinin nəzərdə tutulan bütün hədəfləri məhv etməsini çətinləşdirə bilər.
Buna baxmayaraq, ABŞ Mərkəzi Komandanlığı və Pentaqon mümkün hücumlar üçün geniş hədəf siyahısı hazırlayır.
Mənbələrin məlumatına görə, həmin siyahıya İranın enerji infrastrukturu, hərbi obyektləri və nüvə müəssisələri daxildir.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyata başlaması barədə hələlik yekun qərar açıqlanmayıb.
14:51 / 28 Oktyabr 2026
1
14:42 / 28 Oktyabr 2026
26
14:40 / 28 Oktyabr 2026
34
14:30 / 28 Oktyabr 2026
48
14:18 / 28 Oktyabr 2026
69
14:16 / 28 Oktyabr 2026
44
14:07 / 28 Oktyabr 2026
68
14:00 / 28 Oktyabr 2026
65
13:52 / 28 Oktyabr 2026
94
13:40 / 28 Oktyabr 2026
74
13:25 / 28 Oktyabr 2026
89
13:15 / 28 Oktyabr 2026
104
13:13 / 28 Oktyabr 2026
131
13:05 / 28 Oktyabr 2026
1021
13:05 / 28 Oktyabr 2026
75
13:02 / 28 Oktyabr 2026
73
13:00 / 28 Oktyabr 2026
84
12:50 / 28 Oktyabr 2026
170
12:40 / 28 Oktyabr 2026
160
12:37 / 28 Oktyabr 2026
189
12:35 / 28 Oktyabr 2026
79
12:30 / 28 Oktyabr 2026
71
12:25 / 28 Oktyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.