Qaynar xətt:

(+99450) 247 90 86

Pezeşkian ilk dəfə bu iclasda iştirak edəcək 

Pezeşkian ilk dəfə bu iclasda iştirak edəcək 

DÜNYA

52

06.10.2026, 22:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Türkmənistanda keçiriləcək MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında iştirak edəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

"MDB tarixində ilk dəfə olaraq geniş tərkibli iclasa İran Prezidenti Məsud Pezeşkian dəvət edilib. O, həmçinin Xəzər ekologiya sammitində iştirak edəcək", – Uşakov qeyd edib.

O deyib ki, Rusiya Prezidenti Vladimir Putin bu tədbirlərdə iştirak etmək üçün oktyabrın 8–9-da Türkmənistana işgüzar səfər edəcək.

Putinin MDB ölkələrinin liderləri ilə mümkün görüşlərini şərh edən Uşakov bildirib ki, Rusiya liderinin Türkmənistanda Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrıca görüşü planlaşdırılmır.