İspaniyada baş verən qatar qəzasının səbəbi məlum olub
28 Oktyabr 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
241
06.10.2026, 21:01
Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət prinsipləri əsasında və bir-birinin maraqlarını nəzərə almaqla inkişaf edir.
Oxu24.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti”yə müsahibəsində deyib.
“2024-cü ilin dekabrında baş vermiş və Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarının həyatına son qoymuş təyyarə qəzası ilə bağlı səhifəni birlikdə geridə qoya bildiyimiz üçün çox şadıq. Bu hadisə bizim hamımız üçün ümumi faciə oldu”, – deyə o bildirib.
Mixail Kaluqinin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimad mühitində aparılan dialoqsuz mümkün olmazdı.
O, həmçinin diqqətə çatdırıb ki, Rusiyadan Xəzər dənizi boyunca Azərbaycan və İran ərazisindən keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunun inkişafı istiqamətində işlər davam etdiriləcək.
“Bu meqalayihənin əhəmiyyəti Rusiya-Azərbaycan gündəliyinin çərçivəsindən çox kənara çıxır”, – deyə Rusiya XİN-in nümayəndəsi vurğulayıb.
01:47 / 29 Oktyabr 2026
120
01:20 / 29 Oktyabr 2026
246
01:13 / 29 Oktyabr 2026
113
00:04 / 29 Oktyabr 2026
280
23:58 / 28 Oktyabr 2026
87
23:54 / 28 Oktyabr 2026
21637
23:53 / 28 Oktyabr 2026
230
23:46 / 28 Oktyabr 2026
103
23:33 / 28 Oktyabr 2026
225
23:20 / 28 Oktyabr 2026
149
23:19 / 28 Oktyabr 2026
517
23:14 / 28 Oktyabr 2026
81
23:10 / 28 Oktyabr 2026
107
22:50 / 28 Oktyabr 2026
1156
22:45 / 28 Oktyabr 2026
94
22:37 / 28 Oktyabr 2026
89
22:33 / 28 Oktyabr 2026
86
22:29 / 28 Oktyabr 2026
423
20:59 / 28 Oktyabr 2026
94
20:36 / 28 Oktyabr 2026
117
20:29 / 28 Oktyabr 2026
100
20:26 / 28 Oktyabr 2026
93
20:25 / 28 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.