Ucuz tətil axtaranlar bu ölkəyə axın edir
28 İyul 2026, 09:46
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
74
28.07.2026, 09:55
"Science Advances" jurnalında dərc olunan yeni genomik araşdırma Qazaxıstanın ən məşhur arxeoloji tapıntılarından biri olan və "Qızıl Adam" kimi tanınan skif gəncinin genetik mənşəyi və sosial statusu barədə mühüm nəticələr ortaya qoyub.
Oxu24.com xəbər verir ki, Beynəlxalq tədqiqat qrupu Dəmir dövründə Mərkəzi Avrasiyada yaşamış 85 nəfərin DNT nümunələrini və dəfn xüsusiyyətlərini təhlil edib. Araşdırma nəticəsində eramızdan əvvəl IV əsrdə yaşamış "Qızıl Adam"ın təxminən 17 yaşlı bir kişi olduğu müəyyənləşdirilib.
"Qızıl Adam" 1969-cu ildə Qazaxıstanın İssık bölgəsində aparılan qazıntılar zamanı aşkar edilib. Kurqandakı məzarda 4 mindən çox qızıl bəzək əşyası, heyvan fiqurları, silahlar, mərasim əşyaları və üzərində hələ də oxuna bilməyən yazılar olan gümüş qab tapılıb. Məhz bu zəngin tapıntılara görə arxeoloqlar ona "Qızıl Adam" adını veriblər və o, sonradan Qazaxıstanın milli simvollarından birinə çevrilib.
Genetik analizlər göstərib ki, gəncin yüksək sosial statusu şəxsi nailiyyətlərindən deyil, irsi mənşəyindən qaynaqlanıb. Tədqiqatçılar hesab edirlər ki, onun cəmi 17 yaşında belə nüfuzlu şəkildə dəfn olunması elit ailəyə mənsub olduğunu göstərir.
Araşdırma zamanı "Qızıl Adam" ilə tədqiq edilən digər 84 şəxs arasında birbaşa qohumluq əlaqəsi aşkarlanmasa da, elit təbəqəyə aid şəxslərin bir-biri ilə qohum olma ehtimalının adi məzarlarda dəfn olunanlarla müqayisədə 11 dəfə daha yüksək olduğu müəyyən edilib.
Alimlər bildirirlər ki, nəticələr skif cəmiyyətində hakimiyyət və sosial statusun nəsildən-nəslə ötürüldüyünü, monumental kurqanların isə eyni ailənin bir neçə nəslinin dəfn olunduğu məkanlar kimi istifadə edildiyini göstərir.
12:20 / 28 İyul 2026
8
12:15 / 28 İyul 2026
23
12:12 / 28 İyul 2026
23
12:04 / 28 İyul 2026
139
11:59 / 28 İyul 2026
41
11:59 / 28 İyul 2026
82
11:59 / 28 İyul 2026
46
11:41 / 28 İyul 2026
351
11:40 / 28 İyul 2026
55
11:30 / 28 İyul 2026
49
11:28 / 28 İyul 2026
137
11:24 / 28 İyul 2026
157
11:09 / 28 İyul 2026
62
10:56 / 28 İyul 2026
60
10:50 / 28 İyul 2026
291
10:30 / 28 İyul 2026
76
10:26 / 28 İyul 2026
725
10:14 / 28 İyul 2026
122
10:07 / 28 İyul 2026
66
09:46 / 28 İyul 2026
76
09:36 / 28 İyul 2026
76
09:18 / 28 İyul 2026
82
09:13 / 28 İyul 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.