Səhər yorğun oyanırsınızsa, səbəb bu ola bilər
27 İyul 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
48
28.07.2026, 01:15
Yay aylarında hovuzlar sərinləmək və istirahət etmək üçün ən çox seçilən məkanlardan birinə çevrilir. Lakin hovuz suyunun təhlükəsi qaydalara əməl olunması sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır. Dezinfeksiya və təmizlik qaydalarına düzgün riayət edilmədikdə bir sıra sağlamlıq problemləri yarana bilər.
Oxu24.com-un xəbərinə görə, Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkim-dermatoveneroloqu Sevinc Əliyeva mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, hovuzda çimmək, suyun müvafiq qaydada dezinfeksiya edildiyi və gigiyenik normalara əməl olunduğu hallarda təhlükəsiz hesab edilir.
Həkimin sözlərinə görə, lakin suyun keyfiyyətinə nəzarət zəif olduqda və ya hovuzdan istifadə qaydalarına riayət edilmədikdə müxtəlif sağlamlıq problemləri yarana bilər. O qeyd edib ki, ən çox rast gəlinən hallar dəri infeksiyaları, göz və qulaq iltihabları, eləcə də mədə-bağırsaq infeksiyalarıdır.
Bundan əlavə, hovuz ətrafında sürüşmə nəticəsində müxtəlif travmaların baş vermə riski də mövcuddur. Hovuz suyundan yayıla bilən infeksiyalar
Həkim bildirib ki, hovuzlardan yoluxa bilən infeksiyalar arasında aşağıdakılar daha çox rast gəlinir:
"Dəri infeksiyaları:
Göbələk xəstəlikləri, follikulit (tük follikullarının iltihabı) və virus mənşəli ziyillər, xüsusilə ayaqaltı ziyillər. Bu hallarda qaşınma, qızartı, səpkilər, qabıqlanma və bəzən irinli səpkilər müşahidə oluna bilər.
Göz infeksiyaları:
Ən çox rast gəlinən xəstəlik konyunktivitdir. Əlamətləri gözlərdə qızartı, yanma hissi, sulanma, qaşınma və işığa qarşı həssaslığın artmasıdır.
Qulaq infeksiyaları:
Xarici qulaq yolu iltihabı (otitis externa) hovuzdan sonra inkişaf edə bilər. Bu zaman qulaqda ağrı, tutulma hissi, qaşınma, eşitmənin zəifləməsi və bəzi hallarda ifrazat müşahidə olunur”.
Xlorun sağlamlığa təsiri:
Həkim Sevinc Əliyeva hovuz suyunun tərkibindəki xlorun sağlamlığa təsirindən də danışıb. O bildirib ki, normativ səviyyədə istifadə olunan xlor insanların əksəriyyəti üçün təhlükəli deyil: "Əksinə, suyun dezinfeksiyası və yoluxucu xəstəliklərin qarşısının alınması baxımından mühüm rol oynayır. Lakin xlorun normadan artıq olması və ya uzun müddət təsirinə məruz qalmaq dəri quruluğu, qaşınma, gözlərdə qıcıqlanma, öskürək, tənəffüs yollarında narahatlıq və allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə bronxial astma və allergik xəstəlikləri olan şəxslər daha həssas olduqları üçün ehtiyatlı olmalıdırlar”.
Uşaqların hovuzda təhlükəsizliyi:
Sevinc Əliyeva bildirib ki, valideynlər uşaqları hovuzda heç vaxt nəzarətsiz qoymamalıdırlar. Onun sözlərinə görə, uşaqlara hovuz suyunu udmamağın vacibliyi izah edilməli, azyaşlı uşaqlar üçün isə xüsusi üzgüçülük bezlərindən istifadə olunmalıdır. Əgər uşaqda ishal, hərarət, dəri səpkisi və ya hər hansı yoluxucu xəstəlik əlaməti varsa, sağalana qədər hovuzdan istifadə etməməsi tövsiyə edilir.
Təhlükəsiz hovuz suyunun əsas göstəriciləri:
Həkim vurğulayıb ki, təhlükəsiz hovuz suyunun əsas göstəricilərindən biri onun şəffaf olması və hovuzun dibinin aydın görünməsidir: "Suyun xoşagəlməz qoxusunun olmaması, hovuz ətrafının, duş və soyunub-geyinmə otaqlarının təmiz saxlanılması da vacib meyarlardandır. Həmçinin hovuzda suyun müntəzəm filtrasiya və dezinfeksiya sisteminin tətbiq olunması təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır”.
Hovuz seçərkən bunlara diqqət edilməlidir:
Həkim bildirib ki, hovuz seçərkən sanitariya-gigiyena qaydalarına əməl olunmasına diqqət yetirilməlidir. Hovuzun mütəmadi təmizlənməsi və dezinfeksiya olunması, suyun keyfiyyətinə nəzarətin aparılması əsas meyarlardandır. İstifadəçilər çimməzdən əvvəl və sonra duş qəbul etməli, hovuz ətrafında şəxsi şlapanlardan istifadə etməli, açıq yara, dəri infeksiyası və ya yoluxucu xəstəlik olduqda isə hovuzdan istifadə etməməlidirlər.
Hovuzdan sonra həkimə müraciət tələb edən əlamətlər:
Həkim-dermatoveneroloq bildirib ki, hovuzdan istifadə etdikdən sonra aşağıdakı əlamətlər müşahidə olunarsa, həkimə müraciət etmək tövsiyə olunur: "Hərarət, ürəkbulanma, qusma və ya ishal, yayılmış dəri səpkiləri, güclü qaşınma və ya irinli dəri dəyişiklikləri, qulaqda güclü ağrı, eşitmənin zəifləməsi və ya ifrazat, gözlərdə davamlı qızartı, ağrı və irinli ifrazat. Profilaktik məqsədlə şəxsi gigiyena qaydalarına riayət etmək, hovuzdan əvvəl və sonra duş qəbul etmək, hovuz suyunu udmamaq, şəxsi dəsmal və ayaqqabıdan istifadə etmək, həmçinin xəstəlik əlamətləri olduqda hovuzdan istifadədən çəkinmək tövsiyə olunur”.
Həkim-dermatoveneroloq Sevinc Əliyeva əlavə edib ki, yay mövsümündə hovuzlardan düzgün və məsuliyyətli şəkildə istifadə etmək həm şəxsi sağlamlığın qorunmasına, həm də yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına mühüm töhfə verir.
01:50 / 28 İyul 2026
43
23:44 / 27 İyul 2026
135
23:18 / 27 İyul 2026
142
22:44 / 27 İyul 2026
76
22:24 / 27 İyul 2026
72
21:47 / 27 İyul 2026
167
21:29 / 27 İyul 2026
90
20:50 / 27 İyul 2026
80
20:19 / 27 İyul 2026
105
20:00 / 27 İyul 2026
118
19:59 / 27 İyul 2026
94
19:46 / 27 İyul 2026
605
19:30 / 27 İyul 2026
133
19:15 / 27 İyul 2026
100
19:13 / 27 İyul 2026
118
19:02 / 27 İyul 2026
105
18:48 / 27 İyul 2026
1029
18:45 / 27 İyul 2026
125
18:33 / 27 İyul 2026
92
18:30 / 27 İyul 2026
957
18:22 / 27 İyul 2026
93
18:20 / 27 İyul 2026
2888
18:10 / 27 İyul 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.