Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi
24 Oktyabr 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
399
28.07.2026, 09:46
Əlverişli qiymətləri və büdcəyə uyğun istirahət imkanları ilə seçilən Serbiya turizm sahəsində sürətli yüksəlişini davam etdirir.
Oxu24.com xəbər verir ki, ölkə dünyanın ən sürətlə inkişaf edən 10 turizm istiqaməti sırasında yer alıb.
Serbiya Turizm və Gənclər Nazirliyinin məlumatına görə, ölkə 2026-cı ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə turist sayını 7 faiz artıraraq rekord göstəriciyə nail olub.
Statistikaya əsasən, Serbiyaya gələn xarici turistlərin əksəriyyətini Türkiyə və Rusiya vətəndaşları təşkil edib. Bununla yanaşı, Şimali Makedoniya, Bosniya və Herseqovina, eləcə də Sloveniyadan gələn ziyarətçilərin sayında da artım qeydə alınıb.
Ekspertlər bildirirlər ki, Qərbi Avropa ölkələri ilə müqayisədə yaşayış, qida, içki və digər xidmətlərin daha münasib qiymətə olması Serbiyanı turistlər üçün cəlbedici istiqamətə çevirib. Paytaxt Belqrad, Dunay çayı sahilində yerləşən Qolubac və Novi Pazar bölgələrində həyata keçirilən infrastruktur layihələri də turist axınının artmasına müsbət təsir göstərib.
Dənizə çıxışı olmayan ölkədə turizmin əsas istiqamətlərindən biri kənd və təbiət turizmi olub. Son üç ildə qeydiyyatdan keçmiş kənd təsərrüfatı evlərinin sayı təxminən 700-dən 1900-ə yüksələrək kənd turizminə marağın əhəmiyyətli dərəcədə artdığını göstərib.
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.