Pulun həmişə çay kimi axdığı insanların doğum tarixləri
04 Oktyabr 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
292
28.07.2026, 09:11
Ali təhsil müəssisələrinə qəbul prosesi yaxınlaşdıqca, abituriyentləri düşündürən əsas məsələlərdən biri də universitet seçimidir. Bu mərhələdə namizədlər təkcə topladıqları bala uyğun ali təhsil müəssisəsini deyil, həm də gələcək peşə və karyera yolunu müəyyən edəcək mühüm qərar verməli olurlar. Son illər universitetlərin beynəlxalq və yerli reytinqləri, nüfuzu, diplomun tanınması kimi amillər seçimdə daha çox ön plana çıxsa da, ixtisasın tədris keyfiyyəti, akademik heyət, təcrübə imkanları və məzunların əmək bazarındakı uğurları kimi meyarların da az əhəmiyyət daşımadığı vurğulanır.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, abituriyent universitet seçərkən həm beynəlxalq, həm də yerli reytinqləri mütləq nəzərə almalıdır.
"Xüsusilə beynəlxalq reytinqlərdə yer almaq vacib amildir. Çünki abituriyent gələcəkdə təhsilini xaricdə davam etdirmək istədiyi halda, bitirdiyi ali təhsil müəssisəsi qəbul prosesində rol oynayan əsas elementlərdən biri olur. Bu baxımdan universitet seçərkən beynəlxalq reytinqlər nəzərə alınmalıdır. Bununla yanaşı, ixtisasın və universitetin tədris keyfiyyəti də əsas meyarlardandır".
Ekspert qeyd edib ki, eyni ixtisas bir neçə universitetdə tədris olunursa, həmin ixtisasın daha əvvəl tədris edildiyi ali təhsil müəssisəsinə üstünlük verilməsi daha məqsədəuyğundur. Onun sözlərinə görə, belə universitetlər həmin istiqamət üzrə artıq maddi-texniki baza və infrastruktur formalaşdırdığı üçün daha keyfiyyətli tədris imkanlarına malik olur:
"Son illərdəki müşahidələrimizə görə, bir çox gənc universitet seçərkən ali təhsil müəssisəsinin nüfuzuna da üstünlük verir. Xüsusilə yüksək bal toplayan abituriyentlər daha perspektivli və prestijli universitetləri seçirlər. Buna misal olaraq Bakı Ali Neft Məktəbini, ADA Universitetini, Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) və özəl ali təhsil müəssisələri arasında Xəzər Universitetini göstərmək olar. Abituriyentlərin bu universitetlərə üstünlük verməsinin əsas səbəbi onların beynəlxalq reytinqlərdə tanınması və yüksək tədris keyfiyyətinə malik olmasıdır. Bu seçim gələcək karyera baxımından da uğurlu nəticələr verir", - deyə E.Əfəndi qeyd edib.
20:06 / 04 Oktyabr 2026
3
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
67
19:23 / 04 Oktyabr 2026
48
19:16 / 04 Oktyabr 2026
75
19:09 / 04 Oktyabr 2026
70
18:44 / 04 Oktyabr 2026
68
18:34 / 04 Oktyabr 2026
54
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
81
17:30 / 04 Oktyabr 2026
526
17:23 / 04 Oktyabr 2026
358
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2523
16:56 / 04 Oktyabr 2026
320
16:55 / 04 Oktyabr 2026
226
16:53 / 04 Oktyabr 2026
246
16:51 / 04 Oktyabr 2026
92
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
108
14:04 / 04 Oktyabr 2026
146
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.