Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanla bağlı mühüm xəbər AÇIQLANDI

Azərbaycanla bağlı mühüm xəbər AÇIQLANDI

CƏMİYYƏT

102

11.11.2026, 10:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,7%, 2027-ci ildə isə 5,4% təşkil edəcəyini proqnozlaşdırıb.

Oxu24.com  xəbər verir ki, ING əvvəlki qiymətləndirmələrlə müqayisədə 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını dəyişməyib.

Bankın analitikləri 2026-cı ilin IV rübündə orta illik inflyasiyanın 5,7% olacağını gözləyirlər. Əvvəlki proqnoz 5,8% təşkil edirdi.

2027-ci ilin I və II rüblərində inflyasiyanın 5,5%, III və IV rüblərində isə 5,4% səviyyəsində olacağı proqnozlaşdırılır.

ING həmçinin, Azərbaycanda 2028-ci il üzrə orta illik inflyasiya proqnozunu 0,7 faiz bəndi artıraraq 6%-ə çatdırıb.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib.