Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna yeni dronun istehsalına başladı 

Ukrayna yeni dronun istehsalına başladı 

DÜNYA

184

22.04.2026, 23:24

Ukraynanın “General Çereşnaya” şirkəti yeni hücum PUA-sı olan "Oblako"nu təqdim edib.

Oxu24.com  xəbər verir ki, dron kütləvi istehsala və əlverişli qiymətə yönəlmiş siyasətin tərkib hissəsidir. "Oblako" 7 kiloqrama qədər döyüş başlığı daşıya, 50 kilometrədək məsafədə fəaliyyət göstərə və 60 dəqiqə havada qala bilər.

İlk partiyalar artıq döyüş sınaqları üçün Təhlükəsizlik və Müdafiə Qüvvələrinə pulsuz təqdim olunub. İstehsalın genişləndirilməsi planlaşdırılır. Dron tezliklə “Brave1” bazarında satışa çıxarılacaq.